"Azərsu" ASC podratçı təşkilatla müqavilə imzalamışdır

Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində Qusar, Xaçmaz və Xızı şəhərlərinin su təchizatı sistemlərinin bir hissəsinin yenidən qurulması üzrə keçirilmiş beynəlxalq müsabiqəli tenderə yekun vurulmuşdur. Tender prosesinin yekunlarına əsasən, "Azərsutəchizattikinti" Açıq Səhmdar Cəmiyyəti qalib elan edilmişdir. Bununla əlaqədar "Azərsu" ASC ilə "Azərsutəchizattikinti" ASC arasında podrat müqaviləsi imzalanmış və tikinti işlərinə hazırlıqlara başlanılmışdır. 
"Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndə heyətinin 15-25 aprel tarixlərində ölkəmizə gözlənilən səfəri çərçivəsində bu layihələr üzrə təməlqoyma mərasiminin keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində Qusar, Xaçmaz və Xızı şəhərlərinin su təchizatı və kanalizasiya sistemləri tamamilə yenidən qurulacaq. Tikinti-quraşdırma işlərinin 2013-cü ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.
Xatırladaq ki, Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" 10 şəhər və rayon mərkəzində (Salyan, Şirvan, Neftçala, Bərdə, Xaçmaz, Yevlax, Naftalan, Xızı, Qusar və Qobustan) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur. Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi"nə dair kredit sazişi isə 2009-cu il mayın 29-da imzalanmışdır. Həmin sazişə əsasən, Yaponiya tərəfi ölkəmizin 10 şəhər və rayon mərkəzində görüləcək işlərə 38 milyard yapon yeni (təqribən 400 milyon ABŞ dolları) kredit ayıracaq.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında