"AITF-2012" sərgisi keçiriləcək

Bakı şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə "AITF-2012" beynəlxalq turizm və səyahətlər sərgisi keçiriləcəkdir.
Sərgiyə həmçinin Ümumdünya Turizm Təşkilatı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən dəstək verilir. Sərginin tərəfdaşları qismində "AZAL" şirkəti (rəsmi hava daşıyıcısı), "Hilton Baku" , "Qafqaz Point" otelləri (rəsmi mehmanxanalar) və "Greenwich Travel Club" şirkəti (rəsmi tur-operator) çıxış edirlər. "SW Travel" (Azərbaycan) şirkəti ardıcıl olaraq ikinci ildir ki, "AITF" sərgisinin sponsorudur. Böyük Britaniyanın "ITE Group plc" şirkəti və onun tərəfdaşı "Iteca Caspian" MMC sərginin təşkilatçılarıdırlar. Sərgi ilə bağlı işlərə "ITE Group plc" şirkətinin bütün dünya üzrə tərəfdaş və agentlərindən ibarət geniş şəbəkəsi cəlb olunmuşdur. "ITE" (London), "EUF" (Türkiyə), "GIMA" (Almaniya) və "ITE Gulf" (Dubay) kimi beynəlxalq şirkətləri Azərbaycan sərgisində fəal surətdə iştirak edirlər.
Bütövlükdə 62 turizm istiqamətini təqdim edən "AITF-2012" sərgisində dünyanın 32 ölkəsindən 201 şirkət və təşkilat iştirak edəcəkdir. Sərgidə iştirak etmək və turizm sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədi ilə Bolqarıstan Respublikasının İqtisadiyyat, Energetika və Turizm nazirinin müavini cənab İvo Marinov, San Marino Respublikasının Turizm, İdman, İqtisadi planlaşdırma naziri cənab Fabio Berardini və Krım Muxtar Respublikasının Kurortlar və Turizm nazirinin müavini cənab Marinov Nikolay Nikolayeviçin rəhbərliyi altında nümayəndə heyətlərinin, Rusiya Federasiyasının kütləvi informasiya vasitələri nümayəndələrindən ibarət heyətin, həmçinin Latviya Respublikasının Turizm Assosiasiyasının, BMÜTT-nin, Rusiyanın Stavropol vilayətinin, Dubay Əmirliyinin və Türkiyənin nümayəndə heyətlərinin iştirakları nəzərdə tutulur.
Tədbir çərçivəsində "Azərbaycan Respublikası Hökuməti və San Marino Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş"in və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatı (BMÜTT) arasında "İpək Yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm" adlı beynəlxalq konfransa Azərbaycan Respublikasının ev sahibliyi etməsi barədə Saziş"in imzalanması nəzərdə tutulur. Sərgidə Dubay Əmirliyinin "Atlantis Holidays" şirkəti tərəfindən "Azerbaican" jurnalının təqdimat mərasimi keçiriləcəkdir. İran körfəzi ölkələri üçün nəzərdə tutulmuş jurnalda Azərbaycanın mədəniyyət, turizm və iqtisadiyyatına dair məlumatlar öz əksini tapmışdır.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında