Azərbaycanda dağlarda qarın əriməsi səbəbindən çaylarda suyun səviyyəsi artıb

Ölkə ərazisində temperatur rejiminin yüksəlməsi və orta dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində çaylarda suyun səviyyəsi artıb.
APA-nın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətə dair açıqladığı məlumatda bildirilir. Məlumata əsasən, Qanıx çayında son üç gün ərzində suyun səviyyəsi 27, Kiçik Qafqazın Kürəkçay çayında 6, Gəncəçay çayında 3, Böyük Qafqazın Qusarçay çayında 8, Qudyalçay çayında 7, Vəlvələçay çayında 24, Naxçıvan MR-ın Naxçıvançay çayında isə 49 santimetr artıb. Hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 150-350, Kiçik Qafqazın çaylarında 140-215, Lənkəran-Astara bölgəsi çaylarında 70-120, Naxçıvan MR çaylarında isə normanın 25-30 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 840 kubmetr/saniyə, ongünlük normanın 113 faizini təşkil edir. Gürcüstan ərazisində Kür çayında suyun səviyyəsinin artması ilə əlaqədar respublika ərazisində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində artım müşahidə olunmaqdadır. Belə ki, son iki gün ərzində suyun səviyyəsi 59 santimetr artıb. Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 160 kubmetr/saniyə olmaqla, ongünlük normanın 90 faizini təşkil edir. Kür çayının aşağı axınında, Surra məntəqəsində suyun səviyyəsi 490, Şirvanda 380, Salyanda 313, Bankədə 259, Araz çayının Novruzlu məntəqəsində isə 230 santimetr təşkil edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında