Danimarkada nəşr olunan "Metro Xpress" qəzetinin rəhbərliyi yaydıqları yanlış məlumata görə Azərbaycan diasporundan üzr istəmişdir

Xəbər verdiyimiz kimi, Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyəti ölkədə böyük tirajla nəşr olunan "Metro Xpress" qəzetində Dağlıq Qarabağa turist səfərlərinin təşkili və bunun təbliği barədə məqaləyə etiraz olaraq mətbu orqanın rəhbərliyinə məktub ünvanlamışdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, "Metro Xpress" qəzetinin rəhbərliyi yaydıqları yanlış məlumata görə Azərbaycan diasporundan üzr istəmişdir.
"Metro Xpress"in cavab məktubunda qəzetin əməkdaşı Nadine Nelsen tərəfindən hazırlanmış yazının yanlış olduğu vurğulanır və Danimarkada yaşayan azərbaycanlılardan üzr istənilir. Məktubda deyilir: "Məlumata görə sağ olun. Biz Dağlıq Qarabağın xəritə üzərində Ermənistan ərazisində yerləşdiyini gördük. Bu barədə ətraflı məlumat almağa çətinlik çəkmişik. Gələcəkdə bunlar nəzərə alınacaqdır. Üzr istəyirik".
"Vətən" Cəmiyyəti "Metro Xpress" qəzetinin rəhbərliyinə Azərbaycan, eləcə də Dağlıq Qarabağ ilə bağlı obyektiv məlumatları çatdırmağa hər zaman hazır olduğunu bildirmiş və bir daha xatırlatmışdır ki, Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan Respublikasının torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edilmişdir. Bu işğal nəticəsində bir milyon azərbaycanlı öz doğma yurd-yuvalarından didərgin düşərək qaçqın və məcburi köçkün şəraitində yaşayır. "Vətən" Cəmiyyəti işğal olunmuş Azərbaycan torpaqlarının azad olunacağını, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdacaqlarını vurğulamışdır.
Xatırladaq ki, "Vətən" Cəmiyyətinin "Metro Xpress" qəzetinə Danimarka və ingilis dillərində göndərdiyi etiraz məktubunda Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğu, onun ermənilər tərəfindən işğal edildiyi bildirilmişdir. Etiraz məktubunda, həmçinin BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistandan Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsini tələb edən dörd qətnamənin qəbul olunduğu bir şəraitdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə turist səfərləri təşkil edən ermənilərin bu hərəkətlərinin qanunsuz və beynəlxalq hüququn normalarına zidd olduğu vurğulanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında