Paytaxtın su təchizatı şəbəkəsi yenidən qurulur

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri və yay rejiminə hazırlıqları davam etdirir. Abunəçilərin fasiləsiz və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin itkilərin qarşısını almaq məqsədilə Nəsimi rayonunun Dilarə Əliyeva küçəsində 400 metr uzunluğunda 300 millimetr diametrli yeni magistral və buna paralel 160 millimetr diametrli köməkçi su xəttinin tikintisi artıq başa çatdırılmışdır.
Həmin xətlərin şəbəkəyə birləşdirilməsi ilə əlaqədar olaraq Bakının Nəsimi və Səbail rayonlarının bəzi ərazilərində yaşayan sakinlərin içməli su ilə təminatı tam yaxşılaşacaqdır. Xatırladaq ki, yeni xətt şəbəkəyə qoşulduqdan sonra 1936-cı ildə çəkilmiş çuqun xəttin istismarı dayandırılacaq.
Bakı şəhərində əhalinin içməli su təchizatının yaxşılaşdırılmasını nəzərdə tutan kompleks tədbirlər planına uyğun olaraq paytaxtın Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi boyunca çəkilmiş mövcud magistral su xətti isə 500 millimetr diametrlik metal borularla 300 metr uzadılır. Magistral xətdən ətrafdakı məhəllələrə və küçələrə su vermək üçün paylayıcı quyular tikilir və siyirtmələr quraşdırılır. Magistraldan ayrılan hər bir paylayıcı xəttin üzərində siyirtmələrin qoyulması gələcəkdə şəbəkənin idarə olunmasını asanlaşdırmaqla qəzaların qısa müddətdə aradan qaldırılmasına və su itkilərinin qarşısını almağa imkan verir. Tədbirlər planına uyğun olaraq akademik Həsən Əliyev küçəsində tikinti-quraşdırma işlərinin bu həftənin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Mövcud magistral xəttin 300 metr uzadılması bu ərazidəki istehlakçıların içməli su təchizatının əsaslı şəkildə yaxşılaşmasına səbəb olacaq.
Bakı şəhərinin içməli su təchizatı sistemi və kanalizasiya şəbəkəsinin yeniləşdirilməsi ilə bağlı daha bir layihənin icrasına isə paytaxtın N.Nərimanov rayonunda start verilmişdir. Bu məqsədlə mövcud xətlərdə təmir-bərpa və yeni xətlərin çəkilməsi işləri aparılır. Hazırda rayonun Xətai prospektindən keçən, uzunmüddət istifadədə olan, yararsız su borularının və qəzalı vəziyyətdə olan kanalizasiya xətlərinin dəyişdirilməsinə başlanılmışdır. İstehlakçıların içməli su təchizatını daha da yaxşılaşdırmaq və itkilərin qarşısını almaq məqsədilə prospekt boyunca 2400 metr uzunluğunda çuqun borulardan ibarət mövcud magistral su kəməri 200 millimetr diametrli polietilen borularla əvəzlənir. Bununla paralel olaraq ətraf küçələri və məhəllələri içməli su ilə təmin etmək üçün marşrut boyunca160 millimetr diametrli polietilen borularla köməkçi su xətti də çəkilir. Eyni zamanda, layihəyə uyğun olaraq Xətai prospektində kanalizasiya kollektoru da yenilənir. Bu məqsədlə 1000 millimetr diametrli metal borularla yeni kanalizasiya xətti çəkilir. Tədbirlər planına uyğun olaraq tikinti-quraşdırma işlərinin aprel ayının sonuna qədər tam başa çatdırılması nəzərdə tutulur. Bununla da, N.Nərimanov rayonu Xətai prospektində içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq və itkilərin qarşısı alınacaq.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında