Müsabiqəyə yekun vuruldu

Orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş ifa üzrə I respublika müsabiqəsi sona çatdı. Bu barədə Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Təhsil Nazirliyinin 24 oktyabr 2011-ci il tarixli, 1698 nömrəli əmri ilə keçirilmiş müsabiqənin kollecdaxili və zona mərhələlərinə yüzlərlə tələbə qatılıb. Müsabiqənin keçirilməsində əsas məqsəd xüsusi istedada malik olan gəncləri üzə çıxarmaq, orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında musiqiyə, şeirə olan marağı artırmaq, Azərbaycan bəstəkarlarının əsərlərinin, xalq mahnılarının və milli rəqslərin öyrənilməsi istiqamətində aparılan işləri daha da yaxşılaşdırmaqdan ibarət olub.
Müsabiqənin respublika mərhələsinin münsiflər heyətində respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, uşaq yaradıcılıq mərkəzlərinin dərnək rəhbərləri təmsil olunmuşlar.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında