Bakıda aprelin 10-da havanın maksimal temperaturu üzrə rekord göstərici qeydə alınmışdır

Aprelin 10-da havanın maksimal temperaturu Bakıda 31,5 dərəcə isti təşkil etmişdir ki, bununla da 1956-cı ildəki sutkalıq rekord göstərici (24,5 dərəcə) yenilənmişdir.
Bu barədə çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilmişdir.
Məlumata görə, aprelin 12-də isə Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz hava şəraiti hökm sürəcək. Səhər bəzi yerlərdə duman olacağı proqnozlaşdırılır.
Gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında