DSX zabitlər üçün inşa olunan mənzillərin "Eurovision"a gələcək xarici qonaqların istifadəsinə veriləcəyi barədə məlumatlara aydınlıq gətirmişdir

Dövlət Sərhəd Xidmətinin (DSX) zabitləri üçün Bakının Nərimanov rayonunda inşa edilmiş yaşayış binası may ayının sonlarında sərhədçi zabitlərin ixtiyarına veriləcək.
DSX-dan APA-ya verilən məlumata görə, hazırda binadakı mənzillərdə təmir işləri aparılır. Bunun üçün büdcədən vəsait ayrılmışdır.
Bəzi media orqanlarında sərhədçi zabitlər üçün inşa olunan mənzillərin "Eurovision" mahnı yarışması üçün xarici qonaqların istifadəsinə veriləcəyi barədə yayılan məlumat təsdiqlənmişdir. DSX-dan bildirmişlər ki, müsabiqə ərəfəsində Bakıya gələcək qonaqların çoxluğu ilə əlaqədar, istifadəyə hazır olan bu yaşayış kompleksi müvəqqəti olaraq xarici qonaqların istifadəsinə veriləcək. Yarışma başa çatdıqdan sonra isə həmin lüks mənzillər ən müasir otellər səviyyəsində təchiz olunmuş formada zabitlərə paylanacaq.
Sərhədçilərə verilən mənzillərdə kondisioner, istilik təchizatı, telefon, kabel televiziyası, internet xətti, hər otaqda televizor, soyuducu olacaq. Bunlar mənzilə köçəcək zabitlərin ixtiyarında qalacaq. "Eurovision"la əlaqədar olaraq kompleksdə böyük yeməkxana, əyləncə mərkəzi və s. imkanlar yaradılacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında