Azərbaycanın informasiya məkanında yeni analitik informasiya portalı - "NewTimes.Az" fəaliyyətə başlayır

Aprelin 11-dən etibarən Azərbaycanın informasiya məkanında yeni analitik informasiya portalı - "NewTimes.Az" fəaliyyətə başlamışdır.
"NewTimes.Az" portalında oxucular siyasət, geosiyasət, beynəlxalq münasibətlər, iqtisadiyyat, sivilizasiyalararası dialoq və s. mövzulara həsr edilmiş materialları izləyə biləcəklər.
Materiallarını Azərbaycan, ingilis, türk və rus dillərində yayacaq portalın məqsədi regionda və dünyada baş verən proseslərin ədalətli təhlilinə imkan yaratmaqdır. Ədalətli yanaşmanın təmin edilməsində isə müxtəlif mövqe, fikir və ideyaların əksini tapması mühüm rol oynayır. Bu məqsədlə siyasətçilər, diplomatlar, alimlər, şərhçilər, mütəxəssislər yeni portalla işləmək üçün əməkdaşlığa dəvət edilirlər.
Azərbaycan cəmiyyəti davamlı surətdə yeniləşərək inkişaf yolunda sosial, iqtisadi, siyasi, mədəni, elmi transformasiyalardan keçir. Dövlətin və millətin regional və beynəlxalq aləmdə yerinin və rolunun müəyyənləşməsi xüsusi əhəmiyyət daşıyır. Bu prosesi apara biləcək yeni ruhlu, analitik təfəkkürlərin birləşdiyi media orqanı zamanın tələbinə çevrilir.
"NewTimes.Az" Azərbaycanın informasiya məkanında işləyib dünyanın informasiya məkanında öz sözü və yeri olan dinamik bir quruma çevrilmək məqsədi ilə fəaliyyətə başlayır. Bu işdə Azərbaycanın, eləcə də regionun və dünyanın bütün təfəkkür sahibləri ilə əməkdaşlıq nəzərdə tutulur.
Yeni informasiya portalı beynəlxalq münasibətlərin aktual problemlərinə ədalətli münasibət bildirməyi bacaran, analitik təfəkkürü olan hər kəsin üzünə açıqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında