ARDNŞ ilə "Foster Wheeler AG" şirkətinin yaratdıqları birgə müəssisə yeni neft-qaz emalı və neft-kimya kompleksinin layihə işlərində yaxından iştirak edəcəkdir

ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, aprelin 11-də qurumun prezidenti Rövnəq Abdullayev "ARDNŞ NQNK Forumu"nda iştirak etmək üçün Bakıya gəlmiş "Foster Wheeler AG" şirkətinin baş icraçı direktoru Umberto della Salanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 
"ARDNŞ NQNK Forumu"nun yüksək səviyyədə keçdiyini deyən R.Abdullayev "Foster Wheeler AG" şirkətinin rəhbərinə tədbirdə fəal iştirakına görə minnətdarlığını bildirmişdir. O, ötən ilin iyulunda "Foster Wheeler" ilə ARDNŞ arasında imzalanan Qarşılıqlı Anlaşma Memorandumuna əsasən yaradılmış birgə müəssisənin təşkilati işlərinin artıq tamamlanmaq üzrə olduğunu qeyd edərək, bu müəssisənin yeni neft-qaz emalı və neft-kimya kompleksinin layihə işlərində yaxından iştirak edəcəyinə inandığını bildirmişdir. Birgə müəssisənin potensialı böyükdür və onun gücündən istər Azərbaycanda, istərsə də Türkiyədə həyata keçirilən layihələrdə səmərəli istifadə olunmalıdır.
Umberto della Sala tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirərək qeyd etmişdir ki, yeni neft-qaz emalı və neft-kimya kompleksi layihəsinin həyata keçirilməsində forumun əhəmiyyəti böyükdür. Birgə müəssisənin quruculuğunun tamamlanmaq üzrə olduğunu deyən baş icraçı direktoru bu sahədə ARDNŞ-in göstərdiyi xidmətləri yüksək qiymətləndirmişdir. "Foster Wheeler AG"-nin xarici ölkələrdə həyata keçirdiyi birgə layihələrdə yerli mütəxəssislərin potensialına üstünlük verildiyini deyən Umberto della Sala Rövnəq Abdullayevi Azərbaycanda da belə olacağına əmin edərək birgə müəssisənin tezliklə ARDNŞ-in strateji layihələrinin həyata keçirilməsinə böyük töhfələr verəcəyini bildirmişdir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında