Latviyanın Baş naziri Azərbaycana səfərə gələcəkdir

Latviyanın Baş naziri Valdis Dombrovskis Azərbaycana səfərə gələcəkdir.
Bu barədə məlumat verən Latviyanın Azərbaycandakı səfiri Xardiys Baumanis qeyd etmişdir ki, bu, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulduğu vaxtdan bəri Latviya hökuməti başçısının ilk səfəri olacaqdır.
Diplomat demişdir: "Səfər yaya nəzərdə tutulmuşdur, onun konkret müddətləri və proqramı diplomatik kanallarla razılaşdırılacaqdır".
Səfirin sözlərinə görə, səfər çərçivəsində Azərbaycanla Latviya arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivlərinin müzakirəsi gözlənilir.
Qeyd edək ki, 2011-ci ilin yekunlarına görə Azərbaycanla Latviya arasında əmtəə dövriyyəsi 27,9 milyon dollar olmuşdur. 13,9 milyon dollar Azərbaycan idxalının, 14 milyon dollar isə ixracının payına düşür.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında