xarixi

Polşa
İşsizlik artır
Polşada işsizlik səviyyəsi 13,5 faizə çatıb. Açıqlamanı ölkənin Baş Statistika İdarəsi verib. Bildirilib ki, 38 milyon əhalisi olan Polşada hazırda 2 milyondan çox işsiz vardır.
Xəbəri "Alman dalğası" yayıb.
İsrail
Xərçəngə qarşı vaksin hazırlanıb
İsraildə xərçəng xəstəliyinə qarşı vaksin hazırlanıb. O, insanın immun sistemində xərçəng hüceyrələrini aşkar edib məhv etməyə kömək edəcək. Vaksini Təl-Əviv Universitetinin alimləri hazırlayıb.
İnformasiyanı BBC yayıb.
Böyük Britaniya
"Titanik"lə bağlı tədbirlər
Böyük Britaniyada "Titanik" sərnişin gəmisinin qəzaya uğramasının 100 illiyi ilə bağlı tədbirlər həftəsi keçirilir. Həftə ərzində müxtəlif şəhərlərdə anım mərasimləri, sərgilər, konsertlər olacaq. "Titanik" 1912-ci il aprelin 14-dən 15-nə keçən gecə Atlantik okeanında aysberqlə toqquşma nəticəsində batmışdı. Hadisə zamanı 1513 nəfər həlak olmuş, 711-i xilas edilmişdi.
Məlumatı Röyter agentliyi verib.
Ukrayna
"An-70" birgə istehsal ediləcək
Ukrayna və Rusiya "An-70" hərbi-yük təyyarəsini birgə istehsal etmək barədə razılığa gəliblər. "An-70" layihəsi 1,5 milyard dollar həcmində qiymətləndirilir. Rusiya Silahlı Qüvvələri 60 ədəd bu təyyarədən almaq niyyətindədir.
Xəbəri "RİA Novosti" verib.
Niderland
Madyurodam yenidən fəaliyyətdədir
Haaqada bərpa işlərindən sonra dünyada açıq səma altında ən iri miniatürlər muzeyi Madyurodam açılıb. 18 min kvadrat metr ərazidə yerləşən muzeydə Niderland miniatür şəklində əks edilib. Bu il muzeyin 60 yaşı tamam olacaq.
İnformasiyanı BBC yayıb.
Hazırladı: Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında