Əli Kərimlinin qohumları onun mitinq çağırışına "yox!" dedilər

Azərbaycanın dünya miqyasında reytinqinin getdikcə artması mənfur qonşularımız olan erməniləri nə qədər təşvişə salırsa, radikal müxalifət nümayəndələrini də bir o qədər narahat edir.
Adlarını müxalifət qoyan belə vəzifə hərisləri hakimiyyəti qeyri- sivil yollarla ələ keçirmək üçün hətta erməni lobbisinin də çirkin pullarından yararlanır, ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzuna xələl gətirmək üçün iğtişaşlar törətməyə, cəhd edir, beynəlxalq təşkilatlara donos yazır, bununla da, guya, Azərbaycanda demokratiyanın, söz azadlığının, insanların öz fikirlərini sərbəst ifadə etmələrinin qarşısının hakimiyyət tərəfindən zorakılıqla alınması barədə rəy yaratmağa çalışırlar. Bu isə əsl azərbaycanlıya yaraşmayan xüsusiyyətdir. Təəəssüf ki, müxalifət adından istifadə edən bəzi radikal qüvvələr hələ də anti-Azərbaycan mövqeyindən əl çəkmir və öz xəyanətkar əməlləri ilə real müxalifətçiliyi gözdən salırlar.
Azərbaycanın iqtisadi, siyasi və mədəni sahələrdə sürətlə inkişaf etdiyi, beynəlxalq aləmdə yüksək tribuna qazandığı - BMT kimi mötəbər bir qurumun Təhlükəsizlik Şurasına üzv olduğu və dünya birliyində mövqelərinin möhkəmləndiyi bir vaxtda AXCP sədri Əli Kərimli ilə Müsavat Partiyasının rəhbəri İsa Qəmbərin xalqı mitinqlərə səsləməsi milli maraqlarımıza düşmən münasibət sərgiləməkdir. Onların İctimai Palata adlı qondarma bir qurumda, guya, birlik yaratmaq cəhdləri də heç bir nəticə verməyəcəkdir. Çünki müxalifət fuksionerlərinin hər birinə çox yaxşı məlumdur ki, İsa Qəmbərlə Əli Kərimli bir - birinə nifrət edirlər.
Qarşıdan gələn prezident seçkilərində vahid namizədlik uğrunda mübarizə aparan bu iki şəxs ən çirkin vasitələrə də əl atırlar. Aprelin 8-də onların təşkilatçılığı ilə keçirilən aksiyada da məqsəd yenidən gündəmə gəlmək və xatirələrdən silinmiş simalarını nümayiş etdirmək idi. Əslində, onların əsas məqsədləri özlərini bir - birinə göstərmək idi. Onlar özləri də çox yaxşı bilirlər ki, arxalarınca gələn olmayacaq, ancaq kimin daha çox xarici himayədarı olmasını göstərmək istəyirdilər. Bunu mitinq zamanı təmsil etdikləri partiya üzvlərinin nümayiş etdirdikləri əcnəbi dildə yazılmış transparantlar və əyinlərinə geyindikləri gödəkcələr üzərində müxtəlif dillərdə yazılmış sözlər də təsdiqləyirdi.
Neçə vaxt idi ki, küçələrin tin-bucağında gizlənib ictimai asayişi pozan İctimai Palata adlı qondarma qurumun üzvləri, nəhayət, dərk etdilər ki, demokratik ölkələrdə icazəsiz aksiya keçirmək mümkün deyil. Gec də olsa, anladılar ki, hər hənsı bir tədbir qanun çərçivəsində keçirilməlidir. Radikal müxalifətin isazəsiz mitinqlərə üstünlük verməsi də səbəbsiz deyildi. Onlar ətraflarına heç kimi toplaya bilmir, ona görə də küçə və meydanlarda tək qalmamaq üçün özlərini əhalinin gur olan yerlərinə verir, guya, mitinq keçirirlər. Qanunsuz aksiyanın qarşısı alınanda isə vay - şüvənlik salır, onların konstitusiya hüquqlarının pozulduğu barədə hay - həşir qoparırlar. Elə aprelin 8-də keçirdikləri mitinqə də iştirakçı toplamaq üçün min oyundan çıxdılar.
AXCP sədri Əli Kərimlinin öyrədilmiş adamları neçə gün idi ki, onun qohumlarının, yaxınlarının yaşadıqları Saatlı rayonunun Azadkənd kəndində qapı - qapı gəzir, Əlinin yaxın vaxtlarda hakimiyyətə gələcəyini deyir, hətta bəzi xarici ölkələrin bu barədə söz verdiklərini də bildirirdilər. Biz bundan xəbər tutan kimi həmin adamları kənddən qovduq. Bir də buralarda görünməmələrini dedik. Sən demə, həmin admalar gecə ikən bir də kəndə gəlib və mitinqə gələnlərə yaxşı pul və Əli Kərimli hakimiyyətə gələndən sonra vəzifə verəcəklərini vəd ediblər. Ancaq bütün bunlara inanan olmadı. Çünki Əli Kərimlinin yaxınları, qohumları artıq ondan üz döndəriblər. Onun dövlətçiliyə, xalqa xəyanəti, Azərbaycana düşmən qüvvələrin əlində alətə çevrilməsi bütün qohumlarının hiddətinə səbəb olub. Kənd sakinlərinə yaxşı məlumdur ki, bütün bu oyunlar Əlinin şəxsi maraqlarının təmin olunması və Azərbaycanın düşmənlərindən daha çox qrant almaq məqsədi ilə qurulub. Ona görə də onun yaxınlarından, qohum - əqrabalarından heç kim Əlinin mitinq çağırışına "hə!" demədi. Kənddən kimsə mitinqə qoşulmadı. Axı, bunun üçün elə bir əsas da yox idi.
Azərbaycanda hər bir kəsin öz fikrini sərbəst şəkildə ifadə etmək, mitinq, piket, küçə yürüşü və digər aksiya keçirmək hüququ var. Ölkəmizdə bu hüquq qanunla tənzimlənir, icazəsiz mitinqlərin qarşısı qanunla alınır. Bu, təkcə bizim ölkəmizdə yox, digər dövlətlərdə də belədir. Mitinq azarkeşləri də dərk etdilər ki, hər şey qanunla tənzimlənməlidir.
Onların aprelin 8-də keçirdikləri icazəli mitinqdə iştirakçıların sayı az olsa da, təhlükəsizlikləri dövlət tərəfindən tam təmin olunmuşdu. Həmişə olduğu kimi, bu dəfə də ətraflarına iştitarakçı toplaya bilməmələrinin səbəbini özlərində yox, dövlətdə axtarırlar. Guya, mitinq keçirilən yerə gələnlər marşurut tapa biıməyiblər. Bəs görəsən, həmin ərazidə yaşayanlar o gün evlərinə necə gediblər?
Göründüyü kimi, radikal müxalifətin bu bəhanəsi də əsassızdır. Çünki ölkəmizdə icazəli aksiyaların keçirilməsi üçün heç vaxt problem olmayıb. Əgər İsa Qəmbərlə Əli Kərimlinin vahid namizədlik davasına kimsə qoşulmaq istəmirsə, bunun günahını özlərində axtarmalıdırlar.
Azərbaycanda həyat öz axarınca davam edir. Xalqın Prezident İlham Əliyevə böyük inamı var. Həm Əli Kərimlinin, həm də İsa Qəmbərin qohumları və yaxınları ölkəmizin gələcək inkişafında, insanların yaxşı yaşamalarının təmin olunmasında və Azərbaycanın dünya birliyində mövqelərinin getdikcə möhkəmlənməsində Heydər Əliyev siyasi xəttinə alternativ görmürlər. Bu siyasi xətti isə Prezident İlham Əliyev ləyaqətlə davam etdirir.

{nl}

Nuhəli KƏRİMOV, "Azərbaycan fermeri" qəzetinin baş redaktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında