Azərbaycan yeni neft emalı zavodunda neft məhsullarını "Euro-5" standartına uyğun istehsal edəcək

Azərbaycanda yaradılacaq yeni neft-qaz və neft-kimya kompleksində (NQNK) xammal kimi Rusiya neftindən istifadə olunacaq. "APA-ECONOMICS"in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) NQNK layihəsi məsələləri üzrə departamentinin rəis müavini Şamil Həkimov bildirmişdir.
Ş.Həkimovun sözlərinə görə, kompleksə daxil olacaq yeni Qaz Emalı Zavodunda xammal kimi ölkədə hasil edilən təbii və səmt qazından istifadə olunacaq, lakin bura "Şahdəniz" qazı aid edilməyəcək. İstifadə olunan neftin 70%-ni "Neft Daşları" və "Şirvan" yataqlarından çıxarılan neft, 30%-ni isə "Azeri Light" nefti təşkil edəcək. Yerli neftlə yanaşı, alternativ kimi xarici neft markalarından da istifadə olunacaq.
Ş.Həkimov bildirmişdir ki, bu məqsədlə Qazaxıstanın "Tengiz" və Rusiyanın "Urals" neftindən də istifadə olunacaq. Kompleksə daxil olacaq yeni Neft Emalı Zavodunda 3 milyon ton benzin (80%-i A95, 20%-i A98), 3,5 milyon ton dizel yanacağı, 1,75 milyon ton reaktiv yanacaq və digər məhsullar istehsal ediləcək.
Ş.Həkimov qeyd etmişdir ki, bu hesablamalar aparılarkən Azərbaycanın 2040-cı ilədək olan tələbatı əsas götürülmüşdür. Bütün bu məhsullar "Euro-5" standartına uyğun olacaq.
Qeyd edək ki, kompleks Neft Emalı Zavodu, Qaz Emalı Zavodu, Neft-Kimya Zavodu və istilik enerjisi mərkəzlərindən ibarət olacaq. Qaz Emalı Zavodunun illik istehsal gücü 10 milyard kubmetr olacaq və gələcəkdə onun daha 50% artırılması planlaşdırılır. Kompleks çərçivəsində tikiləcək Neft Emalı Zavodunun illik istehsal gücü isə 10 milyon. ton olacaq.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında