Azərbaycanlı jurnalist ikinci dəfə Gürcüstanın "Şərəf" ordeninə layiq görülmüşdür

Azərbaycan Televiziyasının Gürcüstan üzrə müxbiri Şahismayıl Şəmmədoğlu Prezident Mixeil Saakaşvilinin Fərmanı ilə "Şərəf" ordeni ilə mükafatlandırılmışdır.
Fərmanda Ş.Şəmmədoğlunun bu mükafata Azərbaycan və gürcü xalqlarının dostluq münasibətlərinin möhkəmləndirilməsində töhfələrinə görə layiq görülmüşdür.
Ş.Şəmmədoğlu Gürcüstanın Qardabani rayonunun Kosalar kəndində anadan olmuş, ali məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə fransız dili müəllimi kimi başlamışdır. O, 1992-ci ildən AzərTAc-ın Gürcüstan üzrə xüsusi müxbiri kimi fəaliyyət göstərmişdir. Ş.Şəmmədoğlu hazırda Azərbaycan Televiziyasının Gürcüstan nümayəndəliyinin rəhbəridir.
İstedadlı jurnalist Ş.Şəmmədoğlu reportajlarında və müəllifi olduğu bir neçə kitabda Azərbaycan-Gürcüstan əməkdaşlığının inkişafı, xalqlarımız arasında dostluq münasibətlərinin gücləndirilməsi məsələlərini geniş işıqlandırmışdır. Bunda başqa, Gürcüstanda yaşayan soydaşlarımız arasında həmrəyliyin gücləndirilməsi, onların gürcü cəmiyyətinə inteqrasiyası mövzuları da daim onun fəaliyyətinin əsas istiqamətini təşkil etmişdir.
Ş.Şəmmədoğlunun xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "Heydər Əliyev və Gürcüstan" kitabı 2008-ci ildə gürcü və Azərbaycan dillərində nəşr olunmuşdur. Onun ssenariləri əsasında 2010-cu ildə "Heydər Əliyev və Gürcüstan", Prezident İlham Əliyevin 50 illik yubileyi münasibətilə isə "İlham Əliyev və Gürcüstan" sənədli filmləri hazırlanmışdır. Bundan başqa, o, "Dənizdən-dənizə", "Dostluğun etalonu", "Dostluq yolu", "İrsiyyət Fondu", "Sabitliyin təminatı", "Bu gündən-gələcəyə" adlı filmlərin müəllifidir. Bu filmlər Azərbaycanın və Gürcüstanın tarixi dostluğunun daha da dərinləşməsinə və möhkəmləndirilməsinə mühüm töhfə vermişdir.
Şahismayıl yeganə soydaşımızdır ki, ikinci dəfə Gürcüstanın "Şərəf" ordeninə layiq görülmüşdür. O, 2001-ci il fevralın 15-də də Gürcüstan Prezidentinin sərəncamı ilə xalqlarımız arasındakı dostluğun möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə "Şərəf" ordeni ilə təltif olunmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında