Vergi hüquqpozmalarına qarşı mübarizə haqqında

Bu ilin birinci rübü ərzində vergi cinayətlərinə qarşı mübarizə sahəsində Vergilər Nazirliyi tərəfindən vergidən yayınma, qanunsuz sahibkarlıq və digər faktlarla bağlı materiallar üzrə 114 cinayət işi, o cümlədən 112 iş vergiləri ödəməkdən yayınmaya görə, 2 iş qanunsuz sahibkarlığa görə başlanmışdır. Cinayət işlərindən 84-nün ibtidai istintaqı tamamlanmış, 13 nəfər barəsində 12 cinayət işi baxılmaq üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.
İcraatına xitam verilmiş 72 cinayət işindən 60-ı üzrə bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər tərəfindən vergidən yayındırılmış 1 milyon 744 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunmuşdur.
Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 8 şəxs tutularaq Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin istintaq şöbəsinə təhvil verilmiş, ibtidai istintaqdan yayınan 53 nəfər şəxsin məcburi qaydada gətirilməsi, 58 şəxsin tapılıb istintaqa cəlbi, 101 şəxsin isə yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilmişdir. Vergi yoxlamalarından yayınan 165 nəfər vergi ödəyicisi tapılıb aidiyyəti vergi orqanlarına təqdim olunmuşdur.
Azərbaycan Respublikasının "İstehlakçıların maarifləndirilməsi, hüquqlarının müdafiəsi İctimai Birliyi"nin sədr müavini Azər Ədalət oğlu Sərdarovun özünü vergi orqanının əməkdaşı kimi təqdim edərək fiziki şəxs Həsənəliyev Mehman Şirin oğlundan 200 manat məbləğində rüşvət alması və sonrakı hər 6 ay üçün göstərilən məbləğdə pul tələb etməsi faktı müəyyən edilərək toplanmış materiallar Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilmişdir.
Vergi hüquqpozmalarına yol vermiş şəxslərə qarşı qanunda nəzərdə tutulmuş mübarizə tədbirləri davam etdirilir.
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında