İDEA Ətraf Mühit Kampaniyasının təsisçisi Leyla xanım Əliyeva "Ekoloji mühitin qorunmasına görə" Xüsusi Beynəlxalq Şərəf Mükafatı ilə təltif olunmuşdur

Aprelin 6-7-də Bakıda "Ətraf mühitin mühafizəsi" VI Beynəlxalq layihə olimpiadası ("İnepo-Avrasiya") keçirilmişdir.
Olimpiadanın keçirilməsində məqsəd ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi istiqamətində gənc nəsli məlumatlandırmaq, məktəblilərdə ətraf mühitə qarşı həssas münasibət formalaşdırmaq, ekoloji şüuru inkişaf etdirmək, onları ekoloji məsələlərin həlli istiqamətində müxtəlif layihələrə cəlb etmək, təbii, mədəni, tarixi və sosial-estetik dəyərlərin qorunması ruhunu aşılamaq olmuşdur.
Xarici ölkələrdən olimpiadaya təqdim edilən 350 layihədən 130-u, Azərbaycandan isə 294 layihədən 60-ı münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir. Olimpiadada bu il təmsil olunan ölkələr Azərbaycan, Türkiyə, Gürcüstan, İndoneziya, Litva, Tailand, Laos, Pakistan, Qazaxıstan, Malayziya, Böyük Britaniya, Rusiya, Polşa, Ukrayna, Türkmənistan, Rumıniya, Əfqanıstan, Albaniya, Banqladeş, Belarus, Bosniya və Herseqovina, İran, Qırğızıstan, Makedoniya, Myanma, Nigeriya, Slovakiya, Tacikistan, Vyetnam, Yəmən, Somali, Anqola, Bolqarıstan, Zambiya, Niger, Şimali Kipr Türk Cümhuriyyəti, Misir, Monqolustan, Mozambik, Çexiya və Belçika olmuşdur.
Olimpiada təşkilatçıları və münsiflər heyəti bu il qaliblərin təklifi ilə təsis edilmiş "Ekoloji mühitin qorunmasına görə" Xüsusi Beynəlxalq Şərəf Mükafatını Heydər Əliyev Fondunun vitse-prezidenti və Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla xanım Əliyevaya təqdim etmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında