Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Birlik ulduzları" mükafatına layiq görülmüşdür

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva 2011-ci il üçün "Birlik ulduzları" dövlətlərarası mükafatına layiq görülmüşdür. 
Bu yüksək mükafat ona humanitar fəaliyyətinə görə verilmişdir.
"Birlik Ulduzları" mükafatı laureatlarının təltif edilmə mərasimi yaxın vaxtlarda Moskvada keçiriləcəkdir.
"Birlik ulduzları" dövlətlərarası mükafatı MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası və Birliyin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilmişdir. Mükafat hər il elm və təhsil, mədəniyyət və incəsənət sahəsində, humanitar fəaliyyətə sanballı töhfə və nailiyyətlərə görə verilir. Bu il "Birlik ulduzları" mükafatı üçüncü dəfə təqdim ediləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında