"Azərikimya"da silsilə tədbirlər

BMT xətti ilə qeyd olunan 7 aprel - Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar "Azərikimya" İstehsalat Birliyi tərəfindən Sumqayıtda silsilə tədbirlər keçirilib.
Birliyin köməkliyi ilə təmir edilmiş 20 saylı uşaq bağçasında tərbiyə alan fidan balalarla kimyaçıların görüşü xüsusilə maraqlı oldu. Birliyin Müşahidə Şurasının sədri, Milli Məclisin üzvü Muxtar Babayev əlamətdar günün önəmi və ölkəmizdə uşaqların sağlam böyüməsi üçün həyata keçirilən tədbirlər barədə danışdı. Digər natiqlər də ürək sözlərini söylədilər. Sonra qonaqlar uşaq bağçasında yaradılmış şəraitlə tanış oldular. Balaca istedadların ifasında şən musiqi nömrələri ifa olundu. Aktyorların, klounların çıxışları tədbirə xüsusi rəng qatdı. Sonra şəhər səhiyyə şöbəsindən dəvət edilmiş həkim briqadasının üzvləri uşaqları profilaktik müayinə etdilər, valideynlərin suallarını cavablandırdılar və lazımi tövsiyələr verdilər.
"Sağlam səhhət ömrü uzadır" devizi ilə qeyd edilən günün ikinci yarısında isə birliyin akt zalında şəhər səhiyyə şöbəsinin, tibb müəssisələrinin rəhbərləri və baş mütəxəssislərinin iştirakı ilə geniş tədbir keçirildi. Səhiyyə təmsilçiləri kimyaçıları maraqlandıran suallara ətraflı cavab verdilər, bəzi xəstəliklərə qarşı görülən profilaktik tədbirləri diqqətə çatdırdılar.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında