Seymur ORUCOV: ASAIF-in Budapeşt forumunda Azərbaycan diasporunun Avropada gücü hiss olundu

ASAIF-in Budapeşt forumu zamanı Azərbaycan diasporunun Avropada gücü hiss olundu. Bunu bazar ertəsi Trend-ə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov demişdir.
Aprelin 6-7-də Macarıstanın paytaxtı Budapeştdə ASAIF - Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun "Mən gənc səfirəm" forumunda iştirak edən Orucov qeyd etmişdir ki, Azərbaycan diasporu Avropada geniş fəaliyyət göstərir:"Azərbaycan diasporu əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən davam etdirilən formada inkişaf edir".
Onun sözlərinə görə, forum zamanı azərbaycanlı tələbələr özlərini nümunəvi tələbələr kimi göstərmişlər. Qeyd olundu ki, onlar Azərbaycanın Avropada təmsilçiləridirlər.
Forum zamanı xaricdəki azərbaycanlı gənclərin mütəşəkkilliyinin daha da artırılması qərara alınmışdır.
Növbəti forum gələn il Romada keçiriləcək.
Qeyd edək ki, forumda 25-dən artıq ölkədən 200-dən çox gənc iştirak etmişdir. İki gün davam edən foruma Almaniya, Çin, Amerika Birləşmiş Ştatları, Səudiyyə Ərəbistanı, Çexiya, Türkiyə, Avstraliya, Belçika, Böyük Britaniya, İtaliya, Fransa və digər ölkələrdən tələbələr qatılmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında