Ticarət mərkəzlərində və obyektlərdə POS-terminalların quraşdırılması davam etdirilir

Azərbaycan Respublikasının Vergilər Nazirliyi Mərkəzi Bank və digər banklarla birlikdə ölkəmizdə ödəniş sistemlərinin təkmilləşdirilməsi, nağdsız ödəmələrin stimullaşdırılması, o cümlədən ticarət mərkəzlərində və digər aidiyyəti obyektlərdə POS-terminalların quraşdırılması istiqamətində tədbirləri davam etdirir.
Ölkənin paytaxtındakı ticarət, xidmət və ictimai iaşə obyektlərində pos-terminalların tətbiqini sürətləndirmək məqsədilə Bakı şəhərinin 11 rayonu 60 sahəyə bölünmüşdür. Vergi xidməti əməkdaşları yerlərə gedərək vergi ödəyicilərinə həm texniki, həm də hüquqi cəhətdən köməklik göstərirlər. Sahibkarlara qeydiyyat ərizələrinin elektron formada göndərilməsi, lazımi sənədlərin toplanması, müvafiq banka təqdim edilməsi məsələlərində yardım olunur, zəruri maarifləndirmə işləri aparılır, hüquq və vəzifələri onlara izah edilir.
Digər vacib məqam prosesinq mərkəzləri tərəfindən gün ərzində qeydiyyata alınması mümkün olan pos-terminalların sayı ilə bağlıdır. Belə ki, əvvəllər gün ərzində maksimum 15-20 pos-terminalın qeydiyyatının mümkün olduğu halda, hazırda bu rəqəm 300-400-ə çatdırılmışdır. Bundan başqa, Vergilər Nazirliyi ilə prosesinq mərkəzləri arasında elektron məlumat mübadiləsinin həyata keçirilməsi üçün lazımi proqramlar sistemə yüklənmiş və pos-terminalların vergi orqanlarında on-line rejimdə qeydiyyata alınması təmin olunur.
Vergilər Nazirliyi və Mərkəzi Bank tərəfindən görülmüş birgə tədbirlər nəticəsində ölkə üzrə aprelin 9-a kimi qeydiyyata alınmış pos-terminalların sayı 20 mini keçmişdir ki, bunun da 18604-ü və ya 93 faizi Bakı şəhəri ərazisində fəaliyyət göstərən obyektlərin payına düşür. Məlumat üçün bildirək ki, fevralın 1-i vəziyyətinə bu rəqəm ölkə üzrə 11933, Bakı şəhərində isə 11156 təşkil edirdi.
9 aprel 2012-ci il tarixə Vergilər Nazirliyinin uçot məlumat bazasında aktiv pos-terminalları olan bank ekvayerlərin siyahısı (respublika üzrə):

{nl}


N Bankın adı Posterminalın sayı
1 "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 2 716
2 "TEXNİKABANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 2 458
3 "ZAMİNBANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 1 853
4 QAPALI SƏHMDAR CƏMİYYƏTİ "BANK STANDARD" KOMMERSİYA BANKI 1 781
5 "ATABANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 1 775
6 "DƏMİRBANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 1 771
7 "BANK OF BAKU" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 1 288
8 "AFB BANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 1 076
9 "BANK OF AZERBAİJAN" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 591
10 AZƏRİQAZBANK AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 562
11 "KAPİTAL BANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 473
12 "RABİTƏBANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 398
13 "AZƏRBAYCAN SƏNAYE BANKI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 396
14 "BANK RESPUBLİKA" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 372
15 "MUĞANBANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 357
16 "AMRAHBANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 353
17 "UNİBANK KOMMERSİYA BANKI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 230
18 "PARABANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 229
19 "TURANBANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 157
20 "EXPRESSBANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 144
21 "YAPI KREDİ BANK AZƏRBAYCAN" QAPALI SƏHMDAR CƏMİYYƏTİ 144
22 "PAŞA BANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 138
23 "YUNAYTED KREDİT BANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 101
N Bankın adı Posterminalın sayı
24 "ATRABANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 92
25 "DEBÜT" KOMMERSİYA BANKI AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 84
26 "KREDOBANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 80
27 "NİKOYL" İNVESTİSİYA KOMMERSİYA BANKI AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 65
28 "BANK AVRASİYA" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 53
29 "ACCESSBANK" QAPALI SƏHMDAR CƏMİYYƏTİ 51
30 "ROYALBANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 44
31 "AZƏR-TÜRK BANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 41
32 AÇIQ SƏHMDAR CƏMİYYƏTİ "XALQ" BANKI 41
33 "BANK SİLK VEY" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 38
34 "NBCBANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 30
35 "DEKABANK KOMMERSİYA BANKI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 10
36 BANK "BTB" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 5
37 "AZƏRBAYCAN KREDİT BANKI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 2
38 "BANK VTB (AZƏRBAYCAN)" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 2
39 "EVROBANK" AÇIQ SƏNMDAR CƏMİYYƏTİ 1
40 ABN AMRO BANK AMSTERDAM 1
41 GƏNCƏBANK SƏHMDAR- KOMMERSIYA BANKI 1
42 JP MORGAN CHASE BANK LONDON 1
43 QAFQAZ İNKİŞAF BANKI ASC 1
44 STANDARD BANK LONDON 1
CƏMİ 20 007

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında