Beynəlxalq əlaqələrini genişləndirən AzərTAc ilə Yaponiyanın Kyodo Agentliyi arasında əməkdaşlığa dair saziş imzalanmışdır

Beynəlxalq əlaqələrini genişləndirən Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) ilə Yaponiyanın Kyodo Xəbər Agentliyi arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır.
İndiyədək Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) çərçivəsində əməkdaşlıq edən AzərTAc və Kyodo bundan belə birbaşa əlaqə saxlayaraq düzgün və qərəzsiz xəbərlərin dünyaya yayılması məqsədi ilə əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirəcəklər.
Sazişə əsasən tərəflər öz ölkələrində baş verən mühüm hadisələrin qarşılıqlı surətdə işıqlandırılmasında bir-birinə kömək göstərəcək, müntəzəm xəbər mübadiləsi aparacaqlar. Bundan əlavə, tərəflər foto, audio, video xəbər xidməti ilə bağlı əməkdaşlıq edəcəklər.
Azərbaycan həqiqətlərinin dünya informasiya məkanında daha geniş yayılmasını təmin etmək üçün Avropanın və Asiyanın müxtəlif ölkələrinin aparıcı xəbər agentlikləri ilə birbaşa əlaqələrin qurulması və bu əməkdaşlığın daha da genişləndirilməsi AzərTAc-ın fəaliyyətinin əsas istiqamətlərindən biridir. Dünyanın ən nüfuzlu agentliklərindən olan Kyodo ilə imzalanmış saziş də bu baxımdan faydalı olacaqdır. Kyodo da, AzərTAc da xarici tərəfdaşları ilə informasiya mübadiləsinə xüsusi əhəmiyyət verir. Hər iki agentliyin bir çox ölkədə müxbir məntəqələri fəaliyyət göstərir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında