"Daha təhlükəsiz ətraf mühit naminə atom elektrik stansiyalarının azaldılması" mövzusunda Milli BMT Modeli konfransı keçirilmişdir

Aprelin 9-da Azərbaycanda BMT-nin Keçmiş Təcrübəçiləri Assosiasiyası (ABMTKTA) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Tələbə Gənclər Təşkilatı "British Council"in "Fəal vətəndaşlar" proqramı və BMT-nin İctimai İnformasiya Departamenti (UNDPİ) ilə əməkdaşlığı çərçivəsində "Daha təhlükəsiz ətraf mühit naminə atom elektrik stansiyalarının azaldılması" mövzusunda keçirilmiş ikigünlük Milli BMT Modeli konfransı başa çatmışdır. 
UNDPİ-dən bildirmişlər ki, DİA-da keçirilmiş tədbirdə akademiyanın rektoru, akademik Urxan Ələkbərov, ABMTKTA-nın vitse-prezidenti Zümrüd İsmayılova, "British Council"in Azərbaycan üzrə direktoru Pol Klementson, BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsi Envera Selimoviç, Hindistanın və Pakistanın ölkəmizdəki səfirliklərinin nümayəndələr iştirak etmişlər.
BMT Modeli BMT Təhlükəsizlik Şurasının simulyasiyasıdır. Standart BMT Modelində tələbələr diplomat qismində qurumun simulyasiya sessiyasında iştirak edirlər. Tələbələr, həmçinin hər hansı bir ölkə üzrə tədqiqatlar aparır, diplomat qismində beynəlxalq məsələləri araşdırır, müzakirələr aparır və yekun qətnamə qəbul edərək qlobal problemlərin həllini tapmağa çalışırlar.
Konfrans çərçivəsində Bakı, Sumqayıt şəhərləri, İsmayıllı, Gədəbəy rayonları daxil olmaqla Azərbaycanın müxtəlif bölgələrindən olan və 10-dan artıq ali məktəbi təmsil edən 25 gənc BMT Təhlükəsizlik Şurasının simulyasiyasında iştirak etmişlər.
Azərbaycan ilə yanaşı, ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya, Hindistan, Cənubi Afrika, Kolumbiya, Mərakeş, Toqo, Almaniya, Pakistan, Qvatemala və Portuqaliyanı təmsil edən tələbələrin iştirakı ilə keçirilmiş tədbir "Təhlükəsizlik Şurası" qətnaməsinin qəbulu və müxtəlif ali məktəblərin müəllimləri, diplomatik qurumların və mədəniyyət mərkəzlərinin nümayəndələrinin iştirakı ilə hazırlanmış proqramla başa çatmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında