Budapeştdə Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumu başa çatmışdır

Macarıstanın paytaxtı Budapeştdə Azərbaycanlı Tələbələrin və Məzunların Beynəlxalq Forumunun (ASAİF) Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirdiyi "Mən gənc səfirəm" devizi altında forumu başa çatmışdır. Forumun sonuncu günü bir sıra mövzularla bağlı panel iclaslar keçirilmişdir. 
İclaslarda çıxış edənlər dünyanın müxtəlif nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı gənclərin təşkilatlanma məsələsinin vacibliyini bildirmişlər. Qeyd olunmuşdur ki, məhz bu cür forumların təşkili azərbaycanlı gənclərin diaspor və lobbiçilik fəaliyyətlərinin formalaşdırılmasında müstəsna rol oynayır. Tədbirdə müzakirə və dialoqların çox səmərəli keçdiyi vurğulanmış, Azərbaycan gənclərinin daha həmrəy olmasının vacibliyi qeyd edilmişdir.
İclaslarda Azərbaycanı güclü təbliğ etməyin yolları müzakirə olunmuş, gəncləri maraqlandıran suallar cavablandırılmışdır.
Sonra forumun bağlanış mərasimi olmuşdur. Mərasimdə ASAİF-in sədri Orxan Əkbərov, Azərbaycan Respublikası Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov və Milli Məclisin deputatı Ceyhun Osmanlı çıxış edərək forumun qarşısına qoyduğu mühüm məqsədlərə uğurla çatdığını bildirmişlər.
Tədbir konsert proqramı ilə yekunlaşmışdır.

{nl}

Pərvanə QARAYEVA, AzərTAc-ın xüsusi müxbiri
Budapeşt


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında