Valentina MATVİYENKO: Rusiya ilə Azərbaycanın strateji tərəfdaşlığı regionda və Xəzərdə təhlükəsizliyin mühüm amilidir

Rusiya ilə Azərbaycanın strateji tərəfdaşlığı regionda və Xəzərdə təhlükəsizliyin mühüm amilidir.
Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko bu fikri Bakı Dövlət Universitetinin kollektivi qarşısında çıxışında söyləmişdir.
V.Matviyenkonun fikrincə, Azərbaycan və Rusiya həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edirlər. V.Matviyenko vurğulamışdır: "Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması dünyada və regionda müxtəlif problemlərin həllində ölkələrimiz arasında münasibətlərin fəallaşmasına xidmət edəcəkdir. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına seçilməsi onun dünyada yüksək nüfuzuna dəlalət edir".
Federasiya Şurasının sədri ikitərəfli əlaqələrin demək olar ki, bütün sahələrdə inkişaf etməsini vurğulayaraq demişdir: "Bu inkişafın əsas istiqamətini bizim dövlətlərin rəhbərləri müəyyən edirlər".
V.Matviyenko iki ölkə arasında iqtisadi əlaqələrdən bəhs edərək vurğulamışdır ki, bu sahədə yüksək dinamika müşahidə olunur. O demişdir: "Gözlənildiyinə görə, cari ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 3 milyard dollardan çox olacaqdır. Əmtəə dövriyyəsinin artmasında energetika sahəsi və müştərək investisiya layihələri xüsusi rol oynayır. Azərbaycanda Rusiyanın 500-dən çox şirkəti işləyir".
Bununla bərabər, Federasiya Şurasının sədri vurğulamışdır ki, Rusiyanın regionları da Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Belə regionlar arasında Azərbaycanın ən iri iqtisadi tərəfdaşı Dağıstandır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında