Dövlətlərarası münasibətlərin inkişafında parlamentlər mühüm rol oynayırlar

Rusiya Federal Məclisi Federasiya Şurasının nümayəndə heyətinin Azərbaycana səfəri çox məhsuldar və effektli olacaqdır. Səfərimizin əsas məqsədi hər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın inkişafına dair məsləhətləşmələr aparmaqdır.
Bu sözləri Bakıda səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko demişdir. V.Matviyenko bildirmişdir ki, dövlətlərarası münasibətlərin inkişafında parlamentlər mühüm rol oynayırlar. Qanunverici orqanların səyi nəticəsində əlaqələrimizin inkişafı üçün mühüm hüquqi baza yaradılmışdır. Bunun nəticəsində Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq həyatın demək olar ki, bütün sahələrində inkişaf edir və biz bundan çox məmnunuq.
V.Matviyenko onu da bildirmişdir ki, deputatlarımız Azərbaycan Respublikası Milli Məclisinin də çox mühüm rol oynadığı MDB Parlament Assambleyasında, eləcə də digər beynəlxalq təşkilatlarda sıx və səmərəli əməkdaşlıq edirlər. Hər bir ölkədə demokratik təsisatların inkişafında parlamentlərin müstəsna xidmətləri vardır. Bu sahədə parlament diplomatiyası xüsusi rol oynayır. Ona görə də düşünürük ki, parlamentlərimiz arasında əməkdaşlığı genişləndirməli, qanunvericilik bazasının təkmilləşməsi sahəsində təcrübə mübadiləsi aparmalıyıq. Ölkələrimiz arasında ən müxtəlif sahələrə dair ikitərəfli əməkdaşlığın qanunvericilik əsaslarını təmin etmək üçün fəaliyyətimizin səmərəsini artırmalıyıq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında