Bakı-Tiflis-Qars dəmiryolu layihəsi üzrə yeni vağzalın təməli qoyulmuşdur

Axalkələk (Gürcüstan) şəhərinin 5 km yaxınlığında, dəmiryolu xətti tikintisinə mane olan 2 min metrlik yüksəklik partladılmışdır.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanın infrastruktur və regional inkişaf naziri Ramaz Nikolaişvili və "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov tikinti sahəsinə baş çəkmişlər. Daha sonra Axalkələkdə yeni dəmiryol vağzalının özülü qoyulmuşdur.
Gürcüstanın infrastruktur və regional inkişaf naziri Ramaz Nikolaişvilinin dediyinə görə, yeni vağzalın tikintisi gələn il başa çatdırılacaq.
R.Nikolaişvili jurnalistlərə açıqlamasında Axalkələk dəmiryolu vağzalının tikintisi başa çatdıqdan sonra burada 550 nəfərin, Bakı-Tiflis-Qars (BTQ) dəmiryolu xəttinin Marabda-Kartsaxi hissəsində isə 4 minə qədər yerli sakinin çalışacağını bildirmişdir.
Xatırladaq ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanmışdır. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilmişdir. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin "Marabda-Kartsaxi Dəmir Yolları" MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırmışdır. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkərdəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq.
Bundan başqa, Axalkələkdən Türkiyə sərhədinə qədər olan hissədə tikiləcək tunelin istiqamətinin dəyişdirilməsi və Marabda-Axalkələk sahəsində 160 km-lik mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiya olunması üçün Azərbaycan Gürcüstana 25 il müddətinə, illik 5%-lə 575 mln. dollar həcmində əlavə vəsait ayırmışdır. BTQ layihəsi Azərbaycan Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında