Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin məbləği artırılmışdır

Milli Məclis Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər etmişdir.
Dəyişikliyə əsasən, yol hərəkəti qaydalarının pozulmasına görə sürücülərə tətbiq edilən bəzi cərimələrin məbləği artırılmışdır. Belə ki, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarəetməyə görə cərimənin məbləği 15 manatdan 40 manata qədər artırılmışdır.
Nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etməyə görə cərimənin məbləği 60 manatdan 100 manata, bu qayda pozuntusunu il ərzində təkrar törədilməsinə görə isə cərimənin məbləği 100 manatdan 200 manata qaldırılmışdır.
İdarəetmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə nəzərdə tutulan cərimə 140 manatdan 400 manatadək artırılmışdır.
Nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsinə görə cərimə 100 manatdan 250 manata, saxlama qaydalarının pozulmasına görə isə tətbiq edilən cərimələr 20 manatdan 40 manata qədər artırılmışdır.
Məcəlləyə edilmiş digər bir dəyişikliyə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması ilə bağlı cərimə 10 baldan 12 bala qədər artırılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında