Azərbaycanda havanın uzun müddət dumanlı olmasının səbəbi açıqlanmışdır

Ölkə ərazisində dumanlı hava şəraitinin müşahidə olunmasının əsas səbəbi cənub-şərq küləyinin əsməsi və rütubətli hava kütlələrinin Xəzər dənizindən əraziyə daxil olmasıdır. Bunu şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirmişlər.
Hazırda dumanlı hava şəraiti daha çox Bakı və Abşeron yarımadasında müşahidə edilir. Ümumilikdə isə ölkədə dumanlı hava şəraitinin aprelin 10-dək davam edəcəyi gözlənilir. Bakı və Abşeron yarımadasında aprelin 8-də də hava dumanlı olacaq. Aprelin 9-10-da isə səhər və axşam saatlarında bəzi yerlərdə havanın dumanlı olacağı proqnozlaşdırılır. Həmin günlərdə hava əsasən, yağmursuz olacaq, mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gündüz 23-28 dərəcə isti olacaq.
Qeyd edək ki, aprelin 6-da da Bakı və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə edilmişdir.
Azərbaycan rayonlarında aprelin 9-10-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz dağlıq ərazilərdə güclənəcək. Aprelin 10-da axşam cənub küləyi qərb küləyinə keçəcək.
Aprelin 9-10-da Aran rayonlarında havanın temperaturu gecə 6-11, gündüz 25-30, dağlarda gecə 4-9, gündüz 17-22 dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında