"The Washington Times": Azərbaycan Xocalı qətliamını unutmur

ABŞ-ın "The Washington Times" qəzetinin 6 aprel tarixli nömrəsində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı "Azərbaycan Xocalı qətliamını unutmur" sərlövhəli məqalə dərc olunmuşdur.  
Soyqırımı ilə bağlı şəkillərin də yer aldığı məqalədə müəllif Eric Layman bildirir ki, 1988-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisində baş vermiş müharibə zamanı Ermənistanın və keçmiş SSRİ-nin hərbi birləşmələri Xocalı şəhərində qadınlar və uşaqlar da daxil olmaqla, yüzlərlə etnik azərbaycanlını qətlə yetirmişlər. Ermənistan hərbçiləri Xocalını tərk etməyən yüzlərlə mülki vətəndaşı qətlə iki gün ərzində yetirmişlər.
Müəllif yazır ki, bu il 20 illiyi qeyd olunan faciənin baş verdiyi fevral ayında Azərbaycanda iqtidarın və müxalifətin çiyin-çiyinə dayandığı tədbirlər və yürüşlər keçirilmişdir.
Məqalədə qeyd edilir ki, Amerika inqilabının tarixi amerikalı tələbələrə öyrədildiyi kimi, Xocalı faciəsinin tarixi də Azərbaycanda tələbə və şagirdlərə öyrədilir.
Məqalədə faciənin şahidlərinin fikirlərinə də yer verilir. Əlli yaşlı Əlövsət Qasımov deyir: "Bu, mənim üçün 20 ildir davam edən qorxulu yuxudur və bu ağrı hələ də məndə qalıb".
Müəllif bildirir ki, bu faciədən sağ çıxmış insanlar və onların övladları Xocalıya qayıtmaq arzusu ilə yaşayırlar.
Xocalıda şəhid olmuş qardaşının şəklini göstərən 42 yaşlı məktəb direktoru Fiqurə Rüstəmova deyir: "Mən Xocalıya qayıtmaq istəyirəm. Mən istəyirəm ki, öləndə qardaşımın və valideynlərimin yanında dəfn olunum".
Xocalının digər sakini Əkbər Həsənov isə deyir: "Burada həyatımız pis keçmir, ancaq biz öz doğma torpağımıza qayıtmaq istəyirik".
Qanlı qırğın zamanı yaralanmış sürücü Rafael İsmayılov belə deyir: "Mənim üçün əsas məsələ öz ata-baba yurduma qayıtmaqdır. Mən müharibənin əleyhinəyəm, lakin torpaqlarımızı güc yolu ilə geri qaytarmaq lazım gələrsə, mən hətta zədəli ayağımla sürücülük edə bilərəm".
Məqalədə deyilir ki, Azərbaycan hakimiyyəti bu məsələnin həlli istiqamətində işləri davam etdirdiyini bəyan edir.
Müəllif ölkəmizdə gedən inkişaf proseslərinə də diqqəti cəlb edir. Bildirilir ki, Azərbaycan iqtisadi baxımdan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Ötən səkkiz ildə ölkədə ümumi daxili məhsul üç dəfə artmışdır. Xarici borc ümumi daxili məhsulun 6 faizini təşkil edir. Adambaşına düşən milli gəlirə görə Azərbaycan regionun ən zəngin ölkəsidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında