Azərbaycan və Macarıstan gəncləri əməkdaşlığın inkişafı istiqamətində yeni addımlar atmışlar

Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun Budapeştdə keçirilən ikinci konfransında iştirak etmək üçün Macarıstanda səfərdə olan gənclər və idman naziri Azad Rəhimov bu ölkənin sosial siyasət, ailə və gənclər üzrə baş katibi Mikoloş Şoltes ilə görüşmüşdür. 
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova Budapeştdən bildirmişdir ki, görüşdə Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, təhsil naziri Misir Mərdanov, Azərbaycanın Macarıstandakı və Polşadakı səfirləri Vilayət Quliyev və Həsən Həsənov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov iştirak etmişlər.
Görüşdə informasiya mübadiləsi aparılmış və iki ölkə arasında gənclər siyasəti sahəsində əlaqələrin perspektiv inkişafı məsələləri müzakirə edilmişdir. Həmçinin Azərbaycan və Macarıstan arasında gənclər sahəsində sazişin qısa müddətdə işlənib hazırlanması və imzalanması ilə bağlı razılıq əldə olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında