Sumqayıt gəncləri narkomaniyaya "yox!" deyir

Hər il aprelin 7-də beynəlxalq ictimaiyyət Ümumdünya Sağlamlıq Gününü qeyd edir. Bununla əlaqədar H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının qarşısında "Sumqayıt gəncləri narkomaniyaya "yox!" deyir" devizi altında geniş konsert proqramı təşkil edilmişdir.
Tədbir zamanı səslənən anti-narkomaniya şüarları, gənc incəsənət ustalarının çıxışları on beş min nəfərə yaxın tamaşaçı - yeniyetmə və gənclər, şəhər ictimaiyyətinin nümayəndələri tərəfindən hərarətlə qarşılanmışdır.
Aksiya iştiraçılarına Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən hazırlanmış xüsusi bukletlər təqdim edilmişdir.
Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə birgə təşkil edilən təbliğat xarakterli antinarkomaniya tədbirləri mərhələlər üzrə, əhatəli şəkildə keçirilir. Son bir il ərzində şəhərin yaşayış massivlərində, məhəllə və mikrorayonlarda, ali, orta ixtisas və orta təhsil müəssisələrində 20 min nəfərdən artıq gənclə maarifləndirici tədbirlər keçirilmiş, film-çarxlar nümayiş etdirilmiş, bukletlər paylanmışdır.
Qərara alınmışdır ki, bundan sonra da gənclik şəhərində narkomaniyaya qarşı mübarizə tədbirləri davamlı şəkildə keçirilsin.

{nl}

Ə.NƏCƏFXANLI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında