Ceymstaun Fondunun prezidenti Qlen HOVARD: Ermənistan demoqrafiya və miqrasiya problemləri ilə əlaqədar əhalinin azalması reallığı ilə üzləşmişdir

Strateji Araşdırmalar Mərkəzində "Beyin mərkəzləri: inkişaf naminə əməkdaşlıq" mövzusunda "dəyirmi masa" keçirilmişdir
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Beyin mərkəzləri: inkişaf naminə əməkdaşlıq" mövzusunda "dəyirmi masa" keçirilmişdir. APA-nın məlumatına görə, tədbirdə ABŞ-ın Ceymstaun Fondunun prezidenti Qlen Hovard da iştirak etmişdir. Qonar və Bakıda fəaliyyət göstərən beyin mərkəzlərinin rəhbərləri öz strukturlarının fəaliyyəti barədə fikir mübadiləsi aparmış, mərkəzlər arasında əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulamışlar.
Tədbirdə çıxış edən Qlen Hovard Ceymstaun Fondunun fəaliyyəti barədə məlumat vermişdir. O, Azərbaycanın regionda mühüm geosiyasi rol oynadığını qeyd etmiş, o cümlədən ölkəmizin Əfqanıstana yüklərin daşınmasında tranzit ölkə olduğunu vurğulamışdır. Onun sözlərinə görə, Azərbaycan multivektor siyasət yürüdür, Rusiya, ABŞ və cənub qonşuları ilə əlaqələri inkişaf etdirir.
Qlen Hovard qeyd etmişdir ki, Azərbaycanın əsas problemlərindən biri Dağlıq Qarabağ müharibəsindən sonra münaqişə haqqında reallıqları çatdırması ilə bağlı olmuşdur: "Azərbaycan bu gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı informasiya müharibəsi ilə üzləşmişdir. ABŞ-da rəy formalaşmasına təsirə malik olan çox güclü erməni lobbisi fəaliyyət göstərir. Bu proses asta da olsa, başlamışdır, Azərbaycan bu balansı qorumağa və ABŞ-da öz mövqeyini çatdırmağa nail olur".
Fondun prezidenti bildirmişdir ki, Azərbaycan uğurla inkişaf edir, o cümlədən ölkədə demoqrafik vəziyyət yaxşılaşır: "Ermənistan isə demoqrafiya və miqrasiya problemləri ilə əlaqədar əhalinin azalması reallığı ilə üzləşmişdir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında