Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və əhali arasında vahimə yaratmaq məqsədilə təxribat-pozuculuq və terrorçuluq aksiyalarını planlaşdıran silahlı birləşmənin 17 üzvü ifşa edilərək yaxalanmışdır

Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq və əhali arasında vahimə yaratmaq məqsədilə təxribat-pozuculuq və bir sıra terrorçuluq aksiyalarını planlaşdıran, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin 17 üzvü Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində ifşa edilərək yaxalanmışdır. 
MTN-in ictimai əlaqələr mərkəzindən AzərTAc-a bildirmişlər ki, Bakı, Gəncə, Sumqayıt şəhərlərində, eləcə də Qax, Zaqatala, Şəki və Qusar rayonlarında həyata keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində silahli birləşmənin saxlanılmış üzvlərindən terror-təxribat aksiyalarında istifadə üçün nəzərdə tutulan "AKM" tipli 4 avtomat silah, "RPK" tipli 1 pulemyot, 2 "Makarov", 1 "Naqan", 1 "Steçkin" tipli tapancalar, "Karabin" tipli 2 tüfəng, güllə ilə dolu 6 tapança darağı, müxtəlif çaplı 300 patron, 31 əl qumbarası, uzaqdan idarə edilən 15 partlayıcı qurğu, 3 detonator, külli miqdarda partlayıcı maddə olan plastid, avtomat silahı üçün 3 daraq, "Kenwood" markalı 30 rabitə aparatı, 3 süngü bıçağı, terrorçuluğu və cihadı təbliğ edən ədəbiyyat, habelə qanunla qadağan edilmiş xeyli sayda hərbi ləvazimat və digər əşyalar aşkar edilərək götürülmüşdür.
Gəncə şəhərində həyata keçirilmiş əməliyyat tədbirləri zamanı MTN-in "Qartal" xüsusi təyinatlı dəstəsinin əməkdaşlarına qarşı şiddətli silahlı müqavimət göstərilmişdir. Təslim olmaq barədə qanuni tələbə tabe olmayan şəxslər tərəfindən xüsusi təyinatlılara odlu silahlardan atəş açılmış və əl qumbarası atılmışdır. Nəticədə Milli Təhlükəsizlik Nazirliyinin bir əməkdaşı həlak olmuş və 3 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə silahlı müqavimət göstərən şəxslərdən biri məhv edilmiş, biri yaralanmış, qrupun daha iki üzvü isə yaxalanmışdır.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmışdır. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
İctimaiyyətə əlavə məlumat veriləcəkdir.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında