Nazirlər Kabineti üç yeni qərar qəbul etmişdir

"Azərbaycan Respublikasında körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamının 2.3-cü bəndinə əsasən və Maliyyə Nazirliyinin təklifini nəzərə alaraq Nazirlər Kabineti "Azərbaycan Respublikası Təhsil Nazirliyinin bəzi məsələləri barədə" özünün 2006-cı il 25 oktyabr tarixli qərarında dəyişikliklər edilməsi haqqında qərar qəbul etmişdir.
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli fərmanına əsasən, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təklifini nəzərə alaraq Nazirlər Kabineti "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) təsnifatı"nın təsdiq edilməsi haqqında" özünün 2009-cu il 12 yanvar tarixli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul etmişdir.
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli fərmanına əsasən, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təklifini nəzərə alaraq Nazirlər Kabineti "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı"nın, "Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların təsnifatı"nın və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında" özünün 2011-ci il 14 iyun tarixli qərarında dəyişiklik edilməsi barədə qərar qəbul etmişdir.
Hər üç qərar aprelin 5-dən - imzalandıqları gündən qüvvəyə minmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, bu qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda, həmçinin AzərTAc-ın www.azertag.com internet resursunda tanış olmaq mümkündür.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında