"Səyyar reabilitasiya xidmətləri" layihəsinin icrasına həsr olunmuş müşavirə

Aprelin 6-da Quba şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və "Sosial xidmətlər təşəbbüsü"nün Quba və İsmayıllı rayonlarında birgə həyata keçirdiyi "Səyyar reabilitasiya xidmətləri" layihəsinin icrasına həsr olunmuş müşavirə keçirilmişdir.
Müşavirəni giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin bütün istiqamətlər üzrə inkişafında müasir yanaşma prinsipini irəli sürdüyünü, sosial cəhətdən həssas qrupların, xüsusən əlilliyi olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində görülən işlərin daim diqqət mərkəzində saxlanıldığını vurğulamışdır.
2006-2015-ci illər üçün "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı" çərçivəsində 2011-ci və cari ildə nazirliyin tabeliyindəki internat evlərindən 28 uşaq ailəyə qovuşmuşdur.
Ölkəmizdə yeni alternativ qayğı xidmətləri sisteminin əsas prinsipi - risk qrupunda olan uşaqların (sağlamlıq imkanları məhdud olan, həmçinin sosial baxımdan təhlükəli vəziyyətdə olan uşaqların) müəssisələrdə deyil, icma tipli evlərdə reabilitasiyasının təşkil edilməsidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2012-ci ildən etibarən ilk dəfə dövlət sifarişi əsasında Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) ilə bərabər Bakı, Sumqayıt, Gəncə, Xaçmaz və Şəkidə əlilliyi olan uşaqlar üçün icma əsaslı reabilitasiya xidmətlərinin pilot layihəsinin icrasına başlamışdır.
Müşavirədə ölkəmizdə reabilitasiya xidmətinin səyyar modelinin özünü doğrultduğu və ölkənin digər bölgələrində də layihənin tətbiqi üçün artıq yetkin təcrübənin mövcud olduğu qeyd olunmuşdur.
Müşavirədə "Səyyar reabilitasiya xidmətləri" layihəsinin icrasının nəticələri barədə geniş məlumat verilmiş, videoçarx nümayiş olunmuşdur.
Aidiyyəti hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri layihənin nəticələrini yüksək dəyərləndirərək, səyyar reabilitasiya xidmətlərinin sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının təminatında rolundan söz açmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında