Azərbaycan nümayəndə heyəti Türkiyədə keçiriləcək XV Avrasiya iqtisadi zirvəsində iştirak edəcəkdir

Azərbaycan nümayəndə heyəti Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə aprelin 10-12-də İstanbul və İzmirdə keçiriləcək XV Avrasiya iqtisadi zirvəsində iştirak edəcəkdir.
Vəqfin sədri Akkan Suver bildirmişdir ki, Makedoniya və Albaniyanın prezidentlərinin, habelə 50 ölkədən siyasətçi, iqtisadçı, diplomat və iş adamlarının iştirak edəcəyi Zirvə toplantılarında əvvəlki illərdə olduğu kimi, Azərbaycan nümayəndə heyəti geniş şəkildə təmsil olunacaqdır. Nümayəndə heyətinə Milli Məclisin sədr müavini Valeh Ələsgərov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, sənaye və energetika naziri Natiq Əliyev, təhsil naziri Misir Mərdanov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov daxildir.
"Eurovision-2011" mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal zirvə çərçivəsində konsert proqramı ilə çıxış edəcəklər.
Zirvə toplantılarında enerji, iqtisadiyyat, mədəniyyətlərarası dialoq və qadın məsələləri müzakirə olunacaqdır.
Türkiyə parlamentinin sədri Cəmil Çiçək, nazirlər Egemen Bağış, Ərtoğrul Günay və Fatma Şahin də toplantılarda çıxış edəcəklər.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında