Balakəndə 1 İyun tədbirləri

1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü Balakən rayonunda ulu öndər Heydər Əliyevin adını daşıyan parkda silsilə tədbirlərlə qeyd olunub.
Rayon bağçalarında hər il keçirilən "Şən startlar" əyləncəli idman oyununun final turu təşkil edildi. Tədbirdə rayon uşaq bağçalarında tərbiyə alan körpə balalar, valideynlər, təhsil, gənclər və idman idarəsinin işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Final turunda şəhər 2 saylı körpələr evi - uşaq bağçası birinci, Qullar kənd körpələr evi - uşaq bağçası ikinci, şəhər 4 saylı körpələr evi uşaq bağçası isə üçüncü yeri tutdular. Qaliblər Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin diplom və hədiyyələri ilə təltif olundular.
Heydər Əliyev parkında rayon məktəblilərinin əl işlərindən ibarət sərgi də təşkil edilmişdi. Nəsimi adına şəhər 2 saylı orta məktəbin şagirdləri Röya Abbasova, Süsən Balayeva və Günel İbadova, Nizami adına şəhər 1 saylı orta məktəbin şagirdi Nərgiz Caniyeva və Qullar 2 saylı kənd orta məktəbinin şagirdi Məkan Əliqayevın fərdi sərgiləri xüsusilə seçilirdi.
Rayon təhsil şöbəsi və Uşaq Fondunun rayon şöbəsi tərəfindən "Ekologiya ili" çərçivəsində keçirilən məktəblilərin rəsm müsabiqəsinin qalibləri Tülü 1 saylı kənd orta məktəbinin şagirdi Şamil Hacıyev, Kortala kənd orta məktəbinin şagirdi Sərxan Butdayev diplom və hədiyyələrlə mükafatlandırıldılar.
Həmçinin rayon gənclər və idman idarəsi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsi il ərzində keçirilən inşa müsabiqələrinin qalibi olan 12 nəfər şagirdi xüsusi diplom və qiymətli hədiyyələrlə təltif etdilər.
Sonda rayon incəsənət məktəbinin şagirdləri geniş və rəngarəng konsert proqramı ilə çıxış etdilər.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında