Binəqədidə Uşaqları Beynəlxalq Müdafiə Günü qeyd edilmişdir

Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 9-cu mikrorayonda yerləşən "Ceyhun" şadlıq evində bayram süfrəsi açılmışdır. Şəhid, əlil, məcburi köçkün ailələrindən və qəyyumluqda olan 100 uşağın iştirak etdiyi mərasimi giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının müavini Eldar Ağayev demişdir ki, ulu öndərimiz Heydər Əliyev uşaqları çox sevir, onlarla fərəhlənirdi. Onların sağlam böyüməsi, düzgün tərbiyə olmaları əvəzsizdir.
Telesüjet lentlərinin yaddaşındakı kadrlara baxanda biz bu dahi insanın uşaqların əhatəsində nə qədər xoşbəxt və gümrah, bəxtəvər olduğunu görürük. Ulu öndərimizin uşaqlara səmimi, qayğıkeş münasibəti bu Gün hər bir Azərbaycan vətəndaşı üıçün yüksək nümunədir. Heydər Əliyev çalışırdı ki, istedadlı uşaqların peşə seçimi düzgün istiqamətləndirilsin. Ölməz rəhbərin təşəbbüsü və göstərişi ilə 1996-cı ildə istedadlı uşaqlara həsr olunmuş "Qırmızı kitab" yaradıldı. Bu kitaba neçə-neçə istedadlı uşağın adı düşdü. Ulu öndər haqlı olaraq istedadlı uşaqları xalqın milli sərvəti kimi dəyərləndirirdi.
Dahi rəhbərin ənənələrinin davamçısı olan ölkə Prezidenti İlham Əliyev Azərbaycanın balaca sakinlərinin firavan yaşaması və böyüməsi üçün əlindən gələni edir. Dövlət başçımız öz fəaliyyətində uşaqların qayğı və problemlərinə böyük diqqət yetirir. Ümumiyyətlə, möhtərəm Prezidentimizin həyata keçirdiyi məqsədyönlü tədbirlər Azərbaycanın inkişafı üçün geniş imkanlar və şərait yaratmışdır. Bunun nəticəsində respublikamız regionda lider dövlətə çevrilmiş, bütün dünyada yüksək nüfuz qazanmışdır. Azərbaycan uşaq hüquqlarının təmin edilməsi sahəsində də bir çox ölkələr üçün nümunədir. Bu istiqamətdə reallaşdırılan bir sıra qanunvericilik aktları, dövlət proqramları və tədbirlər uşaqlarımızın rifahının yüksəldilməsinə real zəmin yaradır. Cənab İlham Əliyevin müxtəlif vaxtlarda imzaladığı bir sıra mühüm sənədlər uşaqlarımızın normal fiziki və mənəvi inkişafına xidmət edir.
Mərasimin sonunda uşaqlara qiymətli hədiyyələr verilmişdir.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında