Bakı Şəhər Prokurorluğunun M Ə L U M A T I

Son günlər "Azadlıq Radiosu" nun Azərbaycan bölməsinin əməkdaşı Xədicə İsmayılova və onun nümayəndəsi, vəkil Adil İsmayılov müxtəlif kütləvi informasiya vasitələrində çıxışlar edərək onun şəxsi həyatının toxunulmazlığının pozulması barədə ərizəsi əsasında Bakı Şəhər Prokurorluğunda istintaq olunan cinayət işinin istintaqının gedişatından narazı olmaları, işin istintaqını aparan müstəntiqlə görüşə bilməmələri, istintaqın tam, hərtərəfli aparılmaması, zəruri istintaq hərəkətlərinin yerinə yetirilməməsi barədə əsassız və həqiqəti əks etdirməyən bəyanatlar verməklə ictimaiyyət arasında cinayət işinin istintaqı ilə bağlı mənfi rəy yaratmağa çalışırlar.
Göstərilənlərlə əlaqədar bir daha bildiririk ki, Xədicə İsmayılovanın şəxsi həyatının toxunulmazlığı hüququnun pozulması ilə əlaqədar şikayəti əsasında 15 mart 2012-ci il tarixdə Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə cinayət işi başlanmış və istintaqın aparılması Bakı Şəhər Prokurorluğunun istintaq idarəsinə tapşırılmışdır.
İstintaq zamanı nümayəndəsinin iştirakı ilə Xədicə İsmayılovanın ifadəsi alınmış, onun vəsatəti təmin olunaraq dindirilməsini xahiş etdiyi şəxslər və eləcə də digər şahidlər dindirilmiş, Xədicə İsmayılova və nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxışlar keçirilərək iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş, məhkəmə-trasoloji ekspertizası təyin olunmuş, müxtəlif orqanlara sorğular göndərilmiş, tapşırıqlar verilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
Cinayət işi üzrə Xədicə İsmayılovanın iştirakı ilə aparılmış bütün istintaq hərəkətləri zamanı onun nümayəndəsi Adil İsmayılova əvvəlcədən məlumat verilməklə iştirakı təmin edilmişdir.
Cinayət işi başlandığı müddətdən hazırkı vaxtadək Xədicə İsmayılova və onun nümayəndəsi bir neçə dəfə Bakı Şəhər Prokurorluğunun rəhbərliyi tərəfindən qəbul olunaraq dinlənilmiş, həmçinin istintaqın tam, hərtərəfli və obyektiv aparılması məqsədilə konkret tapşırıqlar verilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında