ABŞ təmsilçiləri: "907-ci düzəliş ləğv oluna bilər, lakin bunun üçün vaxt lazımdır"

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Vətəndaş cəmiyyəti: reallıq və perspektivlər" mövzusunda konfrans keçirilmişdir.
Aprelin 5-də Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Vətəndaş cəmiyyəti: reallıq və perspektivlər" mövzusunda konfrans keçirilmişdir. APA-nın məlumatına görə, konfransda Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri, ABŞ senatorları administrasiyalarının təmsilçiləri iştirak etmişlər. Tədbirdə Azərbaycanda media və vətəndaş cəmiyyətinin inkişafına və perspektivinə dair məsələlər müzakirə olunmuşdur.
Tədbirdə açılış nitqi söyləyən SAM direktorunun müavini Gülşən Paşayeva ABŞ-ın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olduğunu bildirmişdir. Onun sözlərinə görə, bu gün iki ölkə arasında imzalanmış 100-dən artıq ikitərəfli saziş Azərbaycanla ABŞ arasında müxtəlif sahələrdə əməkdaşlığın əsasını təşkil edir.
Daha sonra bir sıra QHT-lərin rəhbərləri ABŞ nümayəndə heyətini öz təşkilatlarının fəaliyyəti ilə tanış etmişlər. Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov qeyd etmişdir ki, ölkədə 3 mindən artıq QHT qeydiyyatdan keçsə də, onlardan yalnız 250-dən çoxu aktiv fəaliyyət göstərir.
ABŞ nümayəndə heyətinin üzvləri bu ölkənin Dağlıq Qarabağdakı separatçı quruma maliyyə yardımı ayırmasına münasibət bildirərək qeyd etmişlər ki, ABŞ Konqresi bu məsələyə yenidən baxmalı, Azərbaycan isə bu yöndə daha aktiv fəaliyyət göstərməlidir.
"Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin ləğvinə mane olan səbəbləri şərh edən ABŞ təmsilçiləri bildirmişlər ki, ölkədə qanunverici və icraedici hakimiyyətin bölünməsi bəzi qanunvericilik proseslərinin ləng inkişafına səbəb olur: "Hazırda bu məsələyə yenidən baxılır, 907-ci düzəliş ləğv oluna bilər, lakin bunun üçün vaxt lazımdır".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında