Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ilk beynəlxalq velotur keçiriləcəkdir

Mayın 9-13-də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ilk beynəlxalq velotur keçiriləcəkdir. Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, velotur ölkəmizdə bu idman növü üzrə keçiriləcək ilk peşəkar yarış olacaqdır. Beş mərhələdən ibarət tur Bakı küçələrində komanda yarışları ilə başlayacaq və beş gündən sonra yenidən paytaxtda yekunlaşacaqdır.
Bakıda keçiriləcək komanda yarışlarından sonra peloton Böyük Qafqaz dağlarına doğru istiqamətlənəcəkdir. 2-4-cü mərhələlər ölkəmizin mənzərəli guşələrindən keçməklə İsmayıllı və Qəbələdə başa çatacaqdır. Veloturun şimal nöqtəsi olan Şəkiyə çatdıqdan sonra yarış iştirakçıları Bakıya qayıdacaq və final mərhələsi paytaxtımızın mərkəzi küçələrində keçiriləcəkdir.
Velotur Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) təqvim planına daxil edilmiş və 2.2 U-23 (19-23 yaş həddi) kateqoriyasına aid UCİ-nin kontinental turudur. Azərbaycanda ilk dəfə keçiriləcək peşəkar velosiped idmanı yarışına hər biri 6 idmançıdan ibarət olan və dünyanın ən müxtəlif ölkələrini təmsil edən komandalar qatılacaqdır.
Veloturun marşrutu çoxsaylı beynəlxalq yarışların təşkilində böyük təcrübə toplamış, o cümlədən 2007-ci ildə UCİ-nin himayəsi altında keçirilmiş şose üzrə dünya çempionatının təşkilatçısı olan Albrext Roeder tərəfindən planlaşdırılmışdır.

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında