Media cəmiyyətin aynasıdır

hakimiyyəti ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdiriməsi" mövzusunda geniş diskussiya aparıldı, dəyərli mülahizələr səsləndi. 
Lökbatan qəsəbəsində yaradılmış Heydər Əliyev mərkəzində təşkil olunan, Qaradağ rayon ictimaiyyəti nümayəndələrinin və mərkəzi mətbuat orqanları rəhbərlərinin iştirak etdiyi məclisdə ölkəmizdə söz və mətbuat azadlığı sahəsində əldə olunmuş uğurlar, ilk mənbədən informasiya almaqla bağlı maneələrin aradan qaldırılması, jurnalist peşəkarlığının yüksəldilməsi, medianın quruculuq proseslərinə daha artıq yer ayırması kimi məsələlər diqqət mərkəzində oldu.
Konfransı giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov iştirakçıları salamlayaraq, media - cəmiyyət əlaqələrinin səmərəli qurulmasının ümumi inkişafa göstərdiyi müsbət təsirdən söz açdı. Başçı Qaradağ rayonunun icra orqanlarının KİV-lə əməkdaşlığı təcrübəsindən danışdı, uğurların xalqa çatdırılması, nöqsanların vaxtında aşkara çıxarılıb aradan qaldırılması üçün informasiya açıqlığının zəruriliyini vurğuladı.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun müzakirə olunan məsələlərlə bağlı 3 illik fəaliyyəti barədə məlumat verdi. O, bildirdi ki, media qurumlarının və ayrı-ayrı jurnalistlərin dövlətçiliyimizin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği yönümündə yaradıcılıq prosesinə həvəsləndirilməsi üçün həyata keçirilən layihələrin iştirakçıları getdikcə artır. Fondun jurnalist-məmur əməkdaşlığını işgüzar məcraya yönəltməklə bağlı keçirdiyi silsilə tədbirlər də rəğbətlə qarşılanır.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkəmizdə medianın özünütənzimləmə mexanizminin 10 ildən bəri səmərəli fəaliyyət göstərməsindən, mətbuatın oxucularla, ayrı-ayrı qurumlarla və dövlət orqanları ilə əlaqələrini ahəngdarlaşdırmaq sahəsində əldə olunmuş təcrübədən geniş söz açdı. Natiq bildirdi ki, KİV-in normal fəaliyyəti üçün dövlət dəstəyi ilə yanaşı, geniş kütlənin media proseslərində iştirakı da zəruridir. Auditoriyanın həssaslığı və tələbkarlığı jurnalistləri obyektivliyə və fəallığa yönəldən ciddi amildir.
"İki sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurasının komissiya sədri Vüqar Rəhimzadə KİV orqanlarının fəaliyyətindəki neqativ halların aradan qaldırılması üçün cəmiyyətdə barışmaz mühit yaradılması, əxlaqi və hüqüqi normaların sərtləşdirilməsi lüzumunu qeyd etdi. "Respublika" qəzetinin baş redaktor müavini Hümbət Musayev ölkədə milli birliyin və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsində medianın qüdrətli vasitə olduğunu açıqladı.
Konfransda Qaradağ rayonu ictimaiyyətinin təmsilçiləri cəmiyyətin demokratik əsaslarının möhkəmləndirilməsində KİV-in misilsiz rolundan məmnunluqla söz açdılar, azad medianın inkişafı, başabəla yazarların qanuna və peşə axlaqı normalarına sayğı ilə yanaşması ilə bağlı mülahizə və təkliflərini söylədilər. Belə görüş və müzakirələrin həm oxucular, həm də jurnalistlər üçün faydalı olduğu dönə-dönə vurğulandı.
Sonda KİVDF ilə Qaradağ RİH arasında rayonda gedən quruculuq işlərini daha əhatəli işıqlandırmaq üçün birgə jurnalist yazıları müsabiqəsi keçirmək barədə razılıq əldə olundu.

{nl}

Tahir AYDINOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında