Mübariz QURBANLI: Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq səviyyəsində münasibətlər mövcuddur və bu münasibətlər daim inkişaf edir

"Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasətində Rusiya ilə münasibətlər önəmli yer tutur. Rusiya bölgənin böyük dövlətidir, həm iqtisadi, həm də siyasi baxımdan onun nəinki regionumuzda, bütövlükdə Avrasiya məkanında təsir imkanları var.Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Cənubi Qafqazın iki dövlətinə səfər etməsi bu bölgədə gedən proseslərlə bağlıdır və eyni zamanda ikitərəfli əlaqələri özündə əks etdirir".
Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı demişdir.O, bildirmişdir ki, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq səviyyəsində münasibətlər mövcuddur. Münasibətlərimiz iqtisadi, humanitar, digər sahələrdə daim inkişaf edir və bundan sonra da inkişaf edəcək.
"Azərbaycan bölgənin aparıcı dövlətidir. Ölkəmiz burada həyata keçirilən layihələrdə fəal iştirak edir və onun razılığı, iştirakı olmadan hansısa layihəni reallaşdırmaq mümkün deyil. S.Lavrovun səfəri çərçivəsində aparılan danışıqlar göstərir ki, Rusiya - Azərbaycan münasibətləri inkişaf edir. Xüsusilə, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması barədə müzakirələr diqqəti cəlb edir. Bizim üçün önəmli məsələ Dağlıq Qarabağ problemi ilə bağlı Rusiyanın mövqeyində olan yeniliklərdir. Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir, S.Lavrovun həm Yerevanda, həm də Bakıda verdiyi bəyanatlar onu göstərir ki, Rusiya sülh prosesini bundan sonra da dəstəkləyəcək və danışıqların intensivləşməsinin tərəfdarıdır. Bu gün Rusiyada prezident seçkilərindən sonra hakimiyyəti yeni dövlət başçısına təhvil vermək prosesi gedir. Vladimir Putin öz vəzifəsinə başladıqda təbii ki, Cənubi Qafqazda bu münaqişə ilə əlaqədar Rusiyanın siyasətində daha böyük və intensiv dəyişikliklər müşahidə edə biləcəyik"- deyə YAP İcra katibinin müavini vurğulamışdır.
M.Qurbanlı hesab edir ki, S.Lavrovun səfəri Rusiyanın bu bölgədəki siyasətinin növbəti mərhələdəki cizgilərini özündə əks etdirir. Səfər çərçivəsində Rusiya xarici işlər nazirinin Azərbaycan Prezidenti ilə apardığı danışıqlar və digər görüşləri zamanı müzakirə olunan məsələlər münasibətlərimizin keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyduğuna işarədir. YAP İcra katibinin müavini Azərbaycanla Rusiya arasında Xəzər dənizinin statusu, enerji məsələləri, Qəbələ RLS-in istifadəsi ilə əlaqədar müzakirələrin getdiyini xatırladaraq demişdir ki, bu baxımdan S.Lavrovun ölkəmizə səfəri zamanı aparılan danışıqlar əhəmiyyətlidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında