Azərbaycana qarşı növbəti təxribata ABŞ Dövlət Departamentindən və Azərbaycan səfirliyindən sərt cavab

Martın 28-də beynəlxalq münasibətlər üzrə əsas Amerika nəşrlərindən biri olan "Foriegn Policy" jurnalında Azərbaycana qarşı təxribat xarakterli yazı dərc edilmişdi. Guya İsrailin Azərbaycanın hərbi hava bazalarından istifadə haqqında razılıq əldə etməsi barədə əsassız mülahizələr son günlər ABŞ-da diqqət mərkəzində olan mövzulardan birinə çevrilmişdir.
"CNN", "Fox News", "Vaşinqton Post", "Huffington Post" və digər mətbuat orqanları bu mülahizələri işıqlandırmış, xəbərlərin doğru olacağı təqdirdə İsrailin İrana mümkün hücumuna necə təsir edəcəyi barədə təhlillər aparmışdır.
Xatırladaq ki, müəllif Mark Perri "Foriegn Policy"dəki yazısında guya ABŞ-ın bir sıra yüksək səviyyəli diplomatları və kəşfiyyat rəsmilərindən aldığı məlumata əsaslanaraq İsrailin Azərbaycanın hərbi hava bazalarından istifadə planları olduğunu iddia etmişdir. Onun fikrincə, İsrail-Azərbaycan müttəfiqliyi İrana hücum ehtimalını artıraraq, ABŞ-ı və Türkiyəni narahat edir.
Lakin irəli sürülən mülahizələr Azərbaycan rəsmiləri tərəfindən tamamilə inkar edilməklə yanaşı, ABŞ Dövlət Departamenti tərəfindən də təkzib olunmuşdur. Aprelin 2-də gündəlik brifinqdə çıxış edərkən Dövlət Departamentinin mətbuat katibi Viktoriya Nuland bəyan etmişdir ki, yazıda irəli sürülən mülahizələr doğru deyildir, belə bir məlumat yoxdur və ola da bilməz.
"Foriegn Policy" jurnalı isə aprelin 2-də Azərbaycanın ABŞ-dakı səfirliyinin mövqeyinə yer verərək, müşavir Nərgiz Qurbanovanın cavabını dərc etmişdir. Cavabda bildirilmişdir ki, cənab Perrinin yazısında irəli sürülən təxribatçı mülahizələr adı çəkilməyən mənbələrə və dolaşıq, mürəkkəb şərhlərə əsaslanır. Nədənsə müəllif Azərbaycan və yəhudi xalqları arasında tarixi dostluq münasibətlərini İrana qarşı müharibəyə hazırlıq kimi yozur. Müşavir qeyd etmişdir ki, irəli sürülən əsassız iddialar Azərbaycanın ərazisini heç bir qonşu dövlətə qarşı istifadəyə verməyəcəyi barədə dəfələrlə səsləndirdiyi bəyanatla ziddiyyət təşkil edir. Ölkəmizin bölgədə sülhün bərqərar olması siyasətinə sadiq qalması onun torpaqlarını işğal edən Ermənistanla iyirmi ildir ki, sülh danışıqları aparmasından bəllidir.
Mark Perrinin məqaləsini uydurma adlandıran diplomat sonda bildirmişdir ki, istər xüsusi siyasi maraqlardan, istərsə də təxəyyüldən irəli gələn bu yazıya "Foriegn Policy" kimi beynəlxalq münasibətlər üzrə nüfuzlu nəşrdə yer verilməsi təəccüb doğurur.

{nl}

Şəfəq AKİFQIZI, AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında