Avropa Məhkəməsinin fəaliyyəti diqqət mərkəzindədir

Azərbaycanın ədliyyə nazirinin müavini Vilayət Zahirov İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Qərarlarının İcrası Departamentinin nümayəndə heyəti ilə görüşmüşdür. 
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, ölkəmizin Avropa Şurası, o cümlədən Avropa Məhkəməsi ilə səmərəli əməkdaşlığını qeyd edən nazir müavini dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin və infrastrukturunun müasirləşdirilməsi üzrə görülən kompleks tədbirlər haqqında məlumat vermiş, bu islahatlardan danışaraq, Azərbaycanda hakimlərin seçim prosedurasının Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi qiymətləndirildiyini vurğulamışdır.
Nazir müavini, həmçinin bildirmişdir ki, məhkəmə qərarlarının icrası ölkə Prezidentinin nəzarətindədir və bu sahədə iş yükünün ilbəil kəskin artmasına baxmayaraq, vəziyyətin yaxşılaşdırılması üçün daim təsirli tədbirlər görülür.
Eyni zamanda, Avropa Məhkəməsinin qərarlarının icrasına mühüm önəm verilərək bu sahədə görülən işlər qeyd olunmuş, həmin məhkəmənin səmərəliliyin artırılmasına həsr olunmuş Avropa ədliyyə nazirlərinin 2010-cu və 2011-ci illərdə keçirilmiş konfranslarında qoyulmuş vəzifələrin implementasiyası, o cümlədən presedent hüququnun öyrənilməsi və tətbiqi, maarifləndirmə tədbirlərinin gücləndirilməsi üzrə işlər vurğulanmış, Avropa Məhkəməsi hakimlərinin ölkəmizə müntəzəm səfərləri, hakim və hakimliyə namizədlərin tədrisində fəal iştirakı təqdir edilmişdir.
Qonaqlar təmsil etdikləri qurumun fəaliyyəti ilə bağlı ətraflı məlumat vermiş, Azərbaycanın məhkəmə-hüquq sahəsində əldə etdiyi nailiyyətlərə böyük maraq göstərərək, qarşılıqlı əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliklərini ifadə etmiş, birgə layihələrin təşviq olunması ilə bağlı niyyətlərini söyləmişlər.
Nümayəndə heyətinin diqqəti, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin işğalı və 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, bununla da vətəndaşların bir çox konvension hüquqlarının pozulması faktına cəlb edilmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında