Avronest PA-nın həmsədri Kristian Vigenin: "Azərbaycana təkcə texniki hazırlığa görə deyil, həm də siyasi şərait yaratdığına görə təşəkkür düşür"

Avronest Parlament Assambleyasının (PA) həmsədrləri Kristian Vigenin (Avropa Parlamenti) və Boris Tarasyuk (Ukrayna) bu qurumun Bakıda keçirilmiş ikinci sessiyasının yekunlarına dair mətbuat konfransı keçirmişlər.
APA-nın məlumatına görə, hər iki həmsədr sessiyanın yüksək səviyyədə təşkil olunduğunu söyləmişdir. K. Vigenin bildirmişdir ki, Azərbaycan tərəfinə təkcə texniki hazırlığa görə deyil, həm də siyasi mühit, şərait yaratdığına görə təşəkkür düşür: "Bu, Avronest Parlament Assambleyasının Avropa İttifaqının hüdudlarından kənarda keçirilən ilk sessiyası idi. Bakı sessiyası həm də əvvəlki sessiyadan qərar və hesabatların qəbul olunması ilə fərqləndi. İlk sessiyada müvəffəqiyyətsizlikdən hesabat və qərar qəbul oluna bilməmişdi. Amma Bakı sessiyasında 4 hesabat və 1 qətnamə qəbul olundu". O, Azərbaycanın sürətli inkişaf edən bir ölkə olduğunu da vurğulayıb.
Avronest PA-nın Ukraynadan olan həmsədri Boris Tarasyuk isə bildirib ki, Bakı sessiyasında qəbul olunan qərarlar insan haqları, demokratiya və digər məsələləri özündə əks etdirən vacib sənədlərdir.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında