"Slavyan və müsəlman mədəniyyətlərinin müştərək inkişafına yeni töhfə"

Tanınmış yazıçı Bayar Jiqmıtov həmyerlimizin kitabını belə dəyərləndirir
Əslində bu xəbəri "Bir ünvana üç məktub" sərlövhəsiylə hazırlamaq istəyirdik. Çünki həmin ünvana Avrasiya Yazıçılar Liqasının vitse-prezidenti, siyasi elmlər namizədi, tanınmış yazıçı Bayar Jiqmıtovun resenziya məktubundan sonra Moskvada yaşayan şair Xaydar Bedretdinovun "Kəlamların gücü" adlı resenziyası da göndərilmişdir. Daha sonra isə Belarus Respublikası Prezidenti Administrasiyasından gələn üçüncü məktubda göstərilirdi ki, Azərbaycanlı yazıçı-filosof Hacı Fərhad Mirzənin Moskvada nəşr edilmiş "Kalamı" ("Kəlamlar") kitabı Belarus Prezidentinin kitabxanasına qəbul edilmişdir.
Söhbət Avropa Təbiyyat Elmləri Akademiyasmının, İtaliyada fəaliyyət göstərən Beynəlxalq Sosial-İqtisadi Tədqiqatlar Akademiyasının və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, Azərbaycan, Rusiya, Türkiyə yazıçılar birliklərinin və Avrasiya Yazıçılar Liqasının üzvü Hacı Fərhad Mirzənin Moskvada nəşr edilmiş "Kəlamlar" kitabının əks-sədasından gedir. Bayar Jiqmıtovun ressenziyasında göstərilir ki, müdrik kəlamlardan, həkimanə ifadələrdən ibarət bu kitab mövzu rəngarəngliyinə görə insanda heyrət yaradır. Bu isə müəllifin sırf bir sahənin mütəxəssisi olduğunu deyil, hərtərəfli maraq dünyasına və öz aləminə malik olduğunu sübut edir. Qeyd edək ki, "Kəlamlar"ın Moskvada nəşr edilən variantında 263 mövzunu əhatə edən 2 minə qədər kəlam verilmişdir.
Rusiyalı yazıçının məktubundakı bir məqam isə daha maraqlıdır: "Ümumiyyətlə, kitabda verilmiş kəlamlardakı fikirlər məqsədyönlü, dərin mənalı və hər kəs üçün səmərəlidir. Onların hamısı müasir dünyada baş verən hadisələrə, gedən proseslərə, insanlara, onların taleyinə biganə qala bilməyən, dərin düşüncəyə malik insanın qələminin məhsuludur... Bu nəşr iyirmibirinci əsrdə slavyan və müsəlman mədəniyyətlərinin müştərək inkişafının qabarıq nümunəsidir". Müəllif öz məktubunu orijinal bir ifadə ilə tamamlayır: "Allahu əkbər... biz qapını döyürük və üzümüzə həqiqət açılır". Şair Xaydar Bedretdinovun məktubunda isə "Kəlamlar" kitabının təsiri ilə yazılmış bir neçə şeir də verilmişdir. Müəllifin fikrincə: "Bəzi ulduzlar bizə kiçik görünür. Əslində, isə onlar hansısa uzaq qalaktikanın Günəşi ola bilərlər. Eləcə də bizim nəzərimizdə kiçik görünən bəzi kəlamlar özündə nəhəng fikir dərinliyi və həyat hadisələrinin geniş əhatəsini əks etdirir... Hər kəlam su damlası kimidir. Üstümüzə düşən damlanın təsirini o qədər də hiss etmirik. Ancaq onu bilirik ki, güclü dalğalar məhz həmin yüngül, hiss edilməyən damlalardan yaranmışdır. Hər kəlam ayrı bir musiqi alətinin səsi kimidir. Möhtəşəm orkestr ifası məhz həmin səslərdən yaranır". Bu ifadələr bir daha göstərir ki, məktub müəllifi soydaşımızın region ölkələrində geniş əks-səda yaratmış kitabını böyük maraq və diqqətlə oxumuşdur.
Belarus Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların və hüquqi şəxslərin müraciətləri üzrə işlər Baş idarəsinin rəisi S.Bukonun imzası ilə göndərilən məktubda isə qeyd edilir ki, azərbaycanlı yazıçı-filosof Hacı Fərhad Mirzənin Moskvada Rusiya Federasiyası Yazıçılar İttifaqı Moskva Şəhər Təşkilatının qrifi ilə nəşr edilmiş "Kalamı" kitabı Belarus Prezidentinin kitabxanasına qəbul edilmişdir. Qeyd edilir ki, Prezident Aleksandr Lukaşenkonun ünvanına göndərilən kitabın ümumilikdə bütün oxucuların ixtiyarına verilməsi daha məqsədəuyğun hesab edilmişdir.
Beləliklə, soydaşımızın region ölkələrində maraqla qarşılanmış əsəri Müstəqil Dövlətlər Birliyi ərazisində hamı tərəfindən yüksək qiymətləndirilir.

{nl}

Fuad SƏDULLAYEV

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında