Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Kazakları İcmasının "Ataman Anton Qolovatı" ordeni ilə təltif edilmişdir

Aprelin 4-də "İnterfaks-Azərbaycan" agentliyində keçirilmiş mətbuat konfransında Azərbaycan Kazakları İcmasının atamanı Viktor Mereşkin bildirmişdir ki, Kazak Qoşunları Cəmiyyətinin idarə heyətinin qərarı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Ataman Anton Qolovatı" ordeni ilə təltif edilmişdir. 
Ataman Anton Qolovatı Ukraynada anadan olmuş, Lənkəranda vəfat etmişdir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Lənkəranda bu kazak atamanının abidəsi qoyulmuş, minlərlə rusun dəfn edildiyi xristian qəbiristanlığının yaxınlığında ucaldılmış daş lövhə üzərində isə bu sözlər həkk olunmuşdur: "1796-cı ildə Rusiya imperiyasının sərhədlərində ataman Anton Andreyeviç Qolovatının rəhbərliyi ilə Azərbaycanı müdafiə etmiş rusiyalı döyüşçülərə və kazaklara (ruhanilər, xristianlar və müsəlmanlar) abidə". Nəsillər arasında əlaqə bu gün də qırılmamışdır. Azərbaycan vaxtilə onun sərhədlərinin keşiyində dayanmış insanları bu gün də yad edir.
Təltif haqqında sənəddə deyilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev elmin inkişafına, kazak hərəkatının inkişafına və möhkəmlənməsinə böyük şəxsi töhfəsinə, kazakların tarixi, mədəni və vətənpərvərlik ənənələrinin dirçəldilməsinə köməyə, ekstremizmə və terrorizmə qarşı mübarizəyə görə 001 nömrəli "Ataman Anton Qolovatı" ordeni ilə təltif edilir.
Azərbaycan Kazaklar İcması Kazak Qoşunları Cəmiyyətinin Atamanı general-leytenant V.Mereşkin qeyd etmişdir ki, Don və Kuban kazaklarının Kazak Qoşunları, habelə Beynəlxalq Ukrayna Kazakları Akademiyası Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. O, həmçinin bildirmişdir ki, Don və Kuban Kazak Qoşunlarının idarə heyəti, habelə Beynəlxalq Ukrayna Kazakları Akademiyası Azərbaycan Prezidenti İlham Əliyevi kazak xalqının qəhrəmanının "Qızıl ulduz" ordeni ilə təltif etməyi qərara almışdır.
Orden artıq Azərbaycanın Ukraynadakı səfirliyinə verilmişdir. Hazırda formal prosedurlar yerinə yetirilir. Bundan sonra orden Azərbaycan Prezidentinə təntənəli şəraitdə təqdim ediləcəkdir.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında