"Ətraf mühitin mühafizəsi" VI Beynəlxalq layihə olimpiadası ilə bağlı mətbuat konfransı keçirilmişdir

Aprelin 6-7-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində "Ətraf mühitin mühafizəsi" VI Beynəlxalq layihə olimpiadası ("İnepo-Avrasiya") keçiriləcəkdir.
Bununla bağlı keçirilən mətbuat konfransında "Çağ" Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən və Azərbaycan-Türk Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömləksiz qeyd edilən olimpiada barədə ətraflı məlumatlar vermişlər.
Bildirilmişdir ki, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Çağ" Öyrətim İşlətmələri Şirkəti və "İnepo -Avrasiya" Ekologiya İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək olimpiadada dünyanın 42 ölkəsindən (Azərbaycan, Türkiyə, Gürcüstan, İndoneziya, Rusiya, Qazaxıstan, Böyük Britaniya, Litva, Malayziya, Pakistan, Polşa, Tailand, Rumıniya, Ukrayna, Türkmənistan və s.) 400-dək məktəbli yarışacaqdır.
Olimpiadanın açılış mərasimi aprelin 6-da olacaqdır.
İştirakçılar müvafiq mövzularda layihələrini təqdim edəcəklər. Həmin layihələr münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, qaliblər mükafatlandırılacaqlar.
Olimpiadanın məqsədi Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi istiqamətində gənc nəsli məlumatlandırmaqdan, məktəblilərdə ətraf mühitə qarşı həssas münasibəti formalaşdırmaqdan, ekoloji məsələlər üzrə maarifləndirməni genişləndirməkdən ibarətdir.
Konfransda jurnalistləri maraqlandıran suallara da cavab verilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında